Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-09-2026 , 22:09

111

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Ağaəli Məsimov: “Görülən abadlıq işləri qəsəbədə yol şəraitinin və nəqliyyatın hərəkətinin daha da yaxşılaşdırılmasına xidmət edir”


“Qəsəbə bələdiyyəsi tərəfindən ərazidə məhəllədaxili yolların abadlaşdırılması və yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə bu günlərdə asfaltlama işləri həyata keçirilmişdir”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Kürdəxanı bələdiyyəsinin sədri Ağaəli Məsimov deyib.

Sədr qeyd edib ki, aparılan işlər çərçivəsində qəsəbə ərazisində yararsız vəziyyətdə olan və asfalt örtüyünə ehtiyac duyulan məhəllədaxili yolların müəyyən hissəsi asfaltlanmış, sakinlərin rahat və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər görülmüşdür.

Sakinlərin müraciəti əsasında qəsəbənin Əhməd Cəmil küçəsində  300 kv.m-lik,  Əliyar Əliyev kücəsində  372 kv.m-lik,  İsrafil Məmmədov küçəsində isə 126 kv.m-lik əraziyə asfalt vurulmuşdur.

Sədr bildirib ki, görülən abadlıq işləri ərazinin yol şəraitinin və nəqliyyatın hərəkətinin daha da yaxşılaşdırılmasına xidmət edir.

Qəsəbədə RİH tərəfindən görülən işlərə əlavə olaraq Kürdəxanı bələdiyyəsi tərəfindən də ərazidə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, mövcud problemlərin mərhələli şəkildə aradan qaldırılması istiqamətində ilin sonunadək müxtəlif səpgili layihələrin icrası nəzərdə tutulub.

Belediyye.info





 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər