Gənclərimiz Azərbaycanın parlaq gələcəyinin və dövlət idarəçiliyinin əsas dayağıdır
Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatrında Ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərlə keçirilən görüş və konsert proqramı ölkəmizdə gənclərə və təhsilə göstərilən diqqət və qayğının daha bir nümunəsi oldu.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin parkda yerləşən
abidəsinin ziyarət olunması, abidə önünə gül dəstələrinin qoyulması və əziz
xatirəsinin dərin ehtiramla yad edilməsi xüsusi məna daşıyırdı.
Ulu Öndər Heydər Əliyev hər zaman gəncləri Azərbaycanın gələcəyi
kimi görür, onların yüksək təhsilli, vətənpərvər və dövlətçilik prinsiplərinə
sadiq insanlar kimi yetişməsinə xüsusi önəm verirdi. Onun formalaşdırdığı gənclər
siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Xətai rayonunda da gənclərimizin təhsil sahəsində qazandığı
yüksək nəticələr qürurvericidir. 2025–2026-cı tədris ilində rayonun 4544 məzunundan
3018-nin ali və digər təhsil müəssisələrinə qəbul olması, 61 məzunun 650-dən
yuxarı bal toplaması gənclərimizin potensialının göstəricisidir.
Millətimizin gələcəyi, dövlətimizin idarəçiliyində söz
sahibi olacaq yeni nəsil məhz bu gün yüksək nəticələr göstərərək böyük uğurlara
imza atan gənclərimizin üzərinə düşür. Onların bilikləri, dünyagörüşü, vətənə
bağlılığı və məsuliyyət hissi Azərbaycanın gələcək inkişafının əsas amillərindən
olacaq.
İnanıram ki, bu gün tələbə adını qazanan hər bir gənc yalnız
şəxsi uğurunu deyil, həm də Azərbaycanın gələcəyinə olan məsuliyyətini dərk edəcək.
Onlar öz bilik və bacarıqları ilə ölkəmizin elminə, iqtisadiyyatına, dövlət
idarəçiliyinə və ictimai həyatına layiqli töhfələr verəcəklər.
Bu münasibətlə yüksək nəticə göstərərək tələbə adını qazanan
bütün gənclərimizi, onların valideynlərini və müəllimlərini ürəkdən təbrik
edir, hər birinə təhsil həyatında uğurlar arzulayıram.
Güclü dövlətin gələcəyi savadlı, vətənpərvər və məsuliyyətli
gənclərin əlindədir.
Eışad Vəliyev
Xətai bələdiyyəsinin sədri
Rəylər
0 Rəy