Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-09-2026 , 19:38

317

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Səkinə Kərimova: “Bu cür tədbirlər bələdiyyədə artıq ənənə halını alıb”

“Balaxanı bələdiyyəsində 2026-2027-ci tədris ilində  məktəbə gedən aztəminatlı ailələrdən olan uşaqlara məktəbli çantası, geyimi və məktəb ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilib”- bu barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin sədri Səkinə Kərimova deyib.

Sədrin sözlərinə görə, bu cür tədbirlər bələdiyyədə artıq   ənənə halını alıb. Tədbirin məqsədi sosial müdafiəyə ehtiyacı olan uşaqlara bələdiyyə tərəfindən  qayğının artırılmasıdır.

Sədr xüsusilə qeyd edib ki,  uşaqların hər sahədə inkişafını təmin etmək üçün bu gün dövlət tərəfindən hər cür şərait yaradılıb.

Tədbirdə məktəbə gedəcək 20 aztəminatlı ailənin məktəb yaşlı uşaqlarına məktəbli çantası, geyimi və məktəb ləvazimatları hədiyyə edilib.

Tədbirdə iştirak edən valideynlər göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını ifadə ediblər.
 Sonda bütün tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkilib.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər