Seymur Həsənov: “İki il ərzində əmlak vergisinin həcmi 51 faiz artıb”
“Bələdiyyənin büdcə gəlirləri vergi-uçot sisteminin hansı səviyyədə qurulmasından çox asılıdır” -bu fikirləri Belediyye.infoya Səbail rayonu, Badamdar bələdiyyəsiniun sədri Seymur Həsənov deyib.
Sədr qeyd
edib ki, məhz bu cür yanaşmanın nəticəsidir ki, son iki il ərzində bələdiyyənin
büdcə gəlirlərində 52 faizlik artım müşahidə olunub.
Büdcə gəlirlərinə
toxunan sədr qeyd edib ki, 2024-cü ilin birinci rübündə əldə olunan ödənişlərin
ümumi məbləği - 107.071 manat olub ki, onunda 101.925 manat əmlak vergisindən, 4.418 manatı
torpaq vergisindən , 728 manatı mehmanxana,
turizm, kurort-sanatoriya xidmətlərindən daxil olub.
2025-ci
ilin birinci rübündə isə ümumi - 108.891 manatn
100.986 manatı əmlak vergisindən, 5.630 manatı torpaq vergisindən, 2.275 manatı
isə mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən daxil olub.
Cari ilin
birinci rübündə isə ümumi 163.078 manat olmaqla, onlardan 154.359 manatı əmlak vergisindən, 5.692 manat torpaq vergisindən, 3.027 manatı isə
mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən daxil olub.
Göründüyü
kimi, iki il ərzində əmlak vergisinin həcmində
51 faiz, 3.15 dəfə mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, 28 faiz
isə torpaq vergisinin həcmində artım müşahidə olunub.
Sədr qeyd
edib ki, büdcə gəlirlərində irəliləyişin
olması həm yenilənmiş və təkmilləşdirilmiş BAMS proqramının ƏMDX-nin məlumat
sisteminə inteqrasiya edilməsi səbəbindən, həm də vergi-uçot sistemində olan
boşluqların aradan qaldırılması ilə bağlıdır.
Bütün hallarda kollektivimizin əsas məqsədi vətəndaş məmnunluğunu lazımı səviyyədə təmin etmək üçün var qüvvəsi ilə çalışmaqdır.
Belediyye.info
Rəylər
0 Rəy