Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-05-2024 , 10:09

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Azərbaycan Bələdiyyələri
- +

İdmançılarımız Yasamal Bələdiyyəsi tərəfindən  mükafatlandırılmışdır

Gürcüstan Respublikasının Qori şəhərində 06-08 aprel tarixlərində keçirilən karatenin (WKF) növü üzrə Beynəlxalq yarışda iştirak edən  6 nəfər rayon İdmançımızla Yasamal Bələdiyyəsinin inzibati binasında görüş keçirilmişdir.Tədbiri giriş sözü ilə açan bələdiyyə sədri Tahir Məmmədov Yasamal rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənovun və öz adından idmançılarımızı qələbə münasibətilə təbrik etdi,onlara növbəti yarışlarda uğurlar arzuladı.İdmançılarımızdan 2 nəfəri qızıl medalla,2 nəfəri gümüş medalla və 2 nəfəri isə bürünc medalla təltif olunmuşlar.Tədbirdə iştirak edən Yasamal rayon Gənclər və idman idarəsinin rəisi İlham Səfərov və məşqçi Tərlan Cavadov göstərilən diqqət və qayğıya görə Yasamal rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənova və Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədova öz minnətdarlıqlarını bildirmişlər.

Tədbirin sonunda idmançılarımız Fəxri Fərman və hədiyyələrlə təltif olunmuşlar.

Yasamal Bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

   Yasamal rayonunda abadlıq işləri davam etdirilir

Azərbaycan Bələdiyyələri
05-06-2024

Nazirdən  yeni təyinat  

Azərbaycan Bələdiyyələri
17-04-2024

 Yasamal rayonunda abadlıq işləri davam etdirilir


Azərbaycan Bələdiyyələri
04-04-2024