Yasamal rayonunda abadlıq işləri davam etdirilir
Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun müxtəlif
ünvanlarında Yasamal Bələdiyyəsi tərəfindən kompleks tədbirlər həyata keçirilir.Sakinlərin
rahat gediş-gəlişini təmin etmək məqsədi ilə məhəllədaxili yollara asfalt
örtüyü çəkilir,abadlıq işləri aparılır.Növbəti abadlıq işləri rayonun Nəriman
Nərimanov prospekti 5 ünvanda aparılır.Sakinlərin asudə vaxtlarının səmərəli
təşkili üçün söhbətgahlar, müxtəlif növ uşaq - oyun elementləri və digər
işlər nəzərdə tutulub.
Rayon ərazisində abadlıq-quruculuq sahəsində
aparılan işlər mütəmadi olaraq davam etdirilir.
Yasamal Bələdiyyəsi
05.06.24