Yasamal rayonunda abadlıq işləri davam etdirilir
Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun müxtəlif ünvanlarında Yasamal bələdiyyəsi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Rayonun ayrı-ayrı küçələrində, həyət və yaşayış məhəllələrində abadlıq-quruculuq işləri aparılır, sakinlərin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə məhəllədaxili yollara asfalt örtüyü çəkilir.
Sakinlərin müraciətini nəzərə alaraq, növbəti asfaltlanma işləri rayonun Xarici Dairəviyol 22 ünvanında aparılmışdır.
Rayon ərazisində abadlıq-quruculuq sahəsində aparılan işlər mütəmadi olaraq davam etdirilir.
Yasamal Bələdiyyəsi