Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-04-2025 , 17:15

1044

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Region
- +

Salyan bələdiyyələrinin büdcəsinin 52 faizini  dövlətdən ayrılan maliyyə vəsaiti təşkil edib

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2024-ci ildə

Salyan rayonunda formalaşan 20 bələdiyyənin büdcə gəliri 1.045.500  manat olub. Bu 2023-ci illə müqayisədə 88.2 faiz artıqdır.

Əldə edilən gəlirin 13.7 faizi vergilərdən, 86.3 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 8.9 faizi torpaq, 4.8  faizi əmlak vergisindən daxil olub. 

Salyan bələdiyyələrinin büdcə gəlirinin 33.8  faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub. Salyan bələdiyyələri ötən il 216.000 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 1.5 faiz az  deməkdir.  Büdcə gəlirlərinin 20.7 faizi məhz bu istiqamətdən daxil olub.

Salyan bələdiyyələri bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmi 13.3 faiz çox olub.  Belə ki, il ərzində bu maliyyə istiqamətindən bələdiyyə büdcəsinə 137.900 manat maliyyə vəsaiti daxil olub.

Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən il ərzində 600 manata yaxın  vəsait daxil olub

 Avtodayanacaqlardan, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı vergi və rüsüm daxil olmayıb.

 İl ərzində Salyan bələdiyyələrinə 547.400 manat dotasiya və subvensiya  ayrılıb. 2023 -cü il  ərzində isə Salyan bələdiyyələrinə 60.100 manat dotasiya ayrılmışdır. Beləliklə, Salyan bələdiyyələrinə subvensiya layihəsinin icrası üşün 450 min manatlıq maliyyə vəsaiti ayrılıb. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər