Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-02-2025 , 21:16

679

Son xəbərlər

Bütün xəbərlər

Allah rəhmət eləsin!

Region
- +

Tünzalə Vəliyeva yenidən Tərtər bələdiyyəsinin sədri seçilib

Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə, "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinə və Mərkəzi Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli qərarına əsasən  Tərtər  bələdiyyəsinə üzv seçilmiş şəxslərin iştirakı ilə bu günlərdə bələdiyyənin ilk iclası keçirilib.

İclasın sədri olan bələdiyyənin ən yaşlı üzvü bələdiyyə üzvlərinin siyahısını elan edib və ilk iclasın gündəliyində sədr və sədr müavinlərinin seçilməsi məsələnin olduğunu qeyd edib.

Səsvermənin nəticəsinə əsasən Tərtər bələdiyyəsinin sədri vəzifəsinə yekdilliklə Tünzalə Vəliyeva seçilib.

Mehman Nəsibov  isə  Tərtər bələdiyyəsinin sədr müavini vəzifəsinə seçilib.

 Qeyd edək ki, Tərtər bələdiyyəsinin 15 nəfər üzvü var .

Xanım sədr və sədr müavini bələdiyyə üzvlərinə onlara göstərilən etimada görə, təşəkkürlərini  bildirməklə yanaşı bu etimadı doğrulıtmaq üşün var qüvvələri ilə çalışacaqlarını bildiriblər.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər