Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-11-2024 , 21:37

127

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Pərviz Ağayev: ““İnteqrasiya” vətəndaşlara aid çıxarışlara əlçatanlığı bir xeyli artırıb

“Əsas məqsədimiz maliyyə gəlirlərini artırmaqla seçicilərimizə verdiyimiz sözü yerinə yetirməkdir”- bu fikirləri Belediyye.infoya İsmayıllı bələdiyyəsinin sədri Pərviz Ağayev bildirib. Büdcə daxilolmaları əsasən BAMS proqramının Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi hesabına olub. Artıq sistemə daxil olmaqla vətəndaşlara aid çıxarışlara əlçatanlıq bir xeyli artıb.

Sədrin sözlərinə görə, vergi xidmətinin fəaliyyəti sayəsində cari ilin müvafiq dövründə büdcə gəlirlərimiz 61 faiz artıb. 2023-cu il oktyabr ayı üzrə yığım 7.328 manat olduğu halda, cari ilin oktyabr ayında  bu rəqəm 12.208  manat olub.

Əldə etdiyimiz maliyyə vəsaiti əsasən üç istiqamətdən- əmlak, torpaq və icarə haqqlarından daxil olub.  Əmlak vergisi 20 faiz, icarə haqqalarını isə 420 faiz artırmağa nail ola bilmişik.

Çalışacağıq ki, ilin sonunadək əldə etdiyimiz maliyyə vəsaitinin həcmini artıraq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri vəfat etdi

Region
04-11-2024
292