Pərviz Ağayev: ““İnteqrasiya” vətəndaşlara aid çıxarışlara əlçatanlığı bir xeyli artırıb
“Əsas məqsədimiz
maliyyə gəlirlərini artırmaqla seçicilərimizə verdiyimiz sözü yerinə yetirməkdir”-
bu fikirləri Belediyye.infoya İsmayıllı bələdiyyəsinin sədri Pərviz Ağayev bildirib. Büdcə daxilolmaları əsasən BAMS
proqramının Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya
edilməsi hesabına olub. Artıq sistemə daxil olmaqla vətəndaşlara aid
çıxarışlara əlçatanlıq bir xeyli artıb.
Sədrin sözlərinə
görə, vergi xidmətinin fəaliyyəti sayəsində cari ilin müvafiq dövründə büdcə gəlirlərimiz
61 faiz artıb. 2023-cu il oktyabr ayı üzrə yığım 7.328 manat olduğu halda, cari
ilin oktyabr ayında bu rəqəm 12.208 manat olub.
Əldə
etdiyimiz maliyyə vəsaiti əsasən üç istiqamətdən- əmlak, torpaq və icarə
haqqlarından daxil olub. Əmlak vergisi
20 faiz, icarə haqqalarını isə 420 faiz artırmağa nail ola bilmişik.
Çalışacağıq ki, ilin sonunadək əldə etdiyimiz
maliyyə vəsaitinin həcmini artıraq.
Belediyye.info
Rəylər
0 Rəy