Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-11-2026 , 19:16

220

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +
Ceyhun Ələsgərov: "Məhəmmədli bələdiyyəsində növbəti il əsas diqqət məhəllədaxili yolların təmirinə yönəldiləcək"


Abşeron rayonu Məhəmmədli bələdiyyəsinin sədri Ceyhun Ələsgərovun sözlərinə görə, qarşıdakı ildə bələdiyyənin əsas fəaliyyət istiqamətlərindən biri yaşayış məntəqəsində məhəllədaxili yolların təmiri və abadlaşdırılması olacaq.

Ceyhun Ələsgərov bildirib ki, növbəti il üçün bələdiyyənin büdcə gəlirləri 250 min manat həcmində proqnozlaşdırılır. Büdcə vəsaitlərinin səmərəli və məqsədyönlü şəkildə istifadə olunması, xüsusilə sakinlərin gündəlik həyatına birbaşa təsir edən infrastruktur problemlərinin həlli əsas prioritetlərdəndir.

Bələdiyyə sədri qeyd edib ki, son illərdə büdcə gəlirlərində müsbət dinamika müşahidə olunur. Belə ki, 2025-ci ilin ilk 10 ayı ərzində bələdiyyənin gəlirləri 85 707 manat təşkil etdiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 135 112 manata yüksəlib.

Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 405 manat və ya təxminən 57,6 faiz artım deməkdir.

Ceyhun Ələsgərov vurğulayıb ki, büdcə gəlirlərinin artması bələdiyyənin yerli əhəmiyyətli məsələlərin həlli istiqamətində imkanlarını genişləndirir. Qarşıdakı dövrdə əldə olunan maliyyə resurslarının düzgün bölüşdürülməsi, ərazidə infrastrukturun yaxşılaşdırılması, məhəllədaxili yolların təmiri və sakinlərin rahatlığının təmin edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Sonda bələdiyyə sədri bildirib ki, əsas məqsəd mövcud maliyyə imkanlarından səmərəli istifadə etməklə Məhəmmədli kəndində abadlıq və quruculuq işlərini mərhələli şəkildə genişləndirmək, sakinlərin müraciət və ehtiyaclarını diqqətdə saxlamaqdır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər