Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-07-2026 , 21:51

59

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ruslan Əhmədov: “Bu gün bələdiyyənin vergi xidmətinin əsas məqsədi…”

“Ötən ilin dekabrında nəzərdə tutduğumuz büdcə gəlirinin 68 faizini artıq ilk altı ayda əldə edə bilmişik”- bu fikirləri Bərdə bələdiyyəsinin sədri Ruslan Əhmədov deyib.

​Ruslan Əhmədov deyib ki, bələdiyyənin büdcəsi 2026-cı il üçün 210.000 manat proqnozlaşdırıldığı halda artıq birinci yarımillikdə büdcə gəlirlərinin həcmi  142.499 manat olub. Bu isə proqnozun 68 faizi deməkdir.  Bu vəsaitin 13.641 manatı fiziki şəxslərdən əmlak vergisindən,  1.883 manatı fiziki şəxslərdən torpaq vergisindən, 16.842 manatı bələdiyyə mülkiyyətinin icarəyə verilməsindən və 110.132 manatı isə bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsdindən daxi lolub. Sədr əlavə edib ki,  2025-ci ildən istifadə edilməmiş kassa qalığı 61.688 manat olub.

​Ruslan Əhmədov açıqlamasında daha sonra qeyd edib ki, 2026-cı ilin birinci yarım illiyində bələdiyyə büdcəsindən 107.274 manat vəsait xərclənib. Əmək və xidmət haqlarına 51.235 manat, abadlıq işlərinə və maddi yardımlara 46.890 manat vəsait sərf olunmuşdur.

Bu gün bələdiyyənin vergi xidmətinin əsas məqsədi büdcə gəlirlərini artırmaqla, həm də bələdiyyənin dayanıqlı maliyyə mənbəyinin yaradılmasına çalışmaqdır.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər