Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-07-2026 , 13:04

165

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Rövşən Lətifov: “Büdcə gəlirinin 81 faizi əmlak vergisindən daxil olub”

 “Hazırda Lənkəran bələdiyyəsinin əsas məqsədi Bələdiyyələrin Vahid İnformasiya Sitemninin (BVİS) verdiyi bütün imkanlardan yararlanmaqla şəhər ərazisində vətəndaş məmnunluğunu təmin etməkdir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Rövşən Lətifov deyib.

Sədr qeyd edib ki, son üç ildə əldə olunan büdcə gəlirləri barədə məlumatları müqayisə etsək müəyyən irəliləyişə nail olduğumuzu görərik.  Büdcə gəlirlərində 2024 - cü illə müqayisədə 56 faiz, 2025-ci illə müqayisədə 69 faiz artım müşahidə olunub. 

Ən diqqəti çəkən rəqəm əmlak vergisi ilə bağlıdır. Belə ki, cari ilin altı ayı ərzində əldə etdiyimiz maliyyə vəsaitinin  81 faizi məhz əmlak vergisinin payına düşüb. 2024-cü illə müqayisədə əmlak vergisinin yığım həcmi isə 77 faiz artım müşahidə oliunub.

Son üç ərzində əldə olunan büdcə vəsaitlərinə toxunan sədr Rövşən Lətifov deyib ki, 2024-ci illn birinci yarısında əldə olunan 38.057 manatın 18.501 manatı əmlak vergisindən, 7.601 manatı torpaq vergisindən, 1.340 manatı mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən, 5.880 manatı bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər xidmətlərə görə ödənişlərdən, 4.305 manat bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 430 manatı isə bələdiyyə mülkiyyətinin icarəsindən daxil olub.

2025-ci illn birinci yarısında isə əldə olunan 35.140 manatın 20.862 manatı əmlak vergisindən, 6.263 manatı torpaq vergisindən, 945  manatı mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən, 5.220 manatı bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər xidmətlərə görə ödənişlərdən, 800 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 1.050 manatı isə bələdiyyə mülkiyyətinin icarəsindən daxil olub.

Cari ilin birinci yarısındakı büdcə gəlirlərinə toxunan sədr daha sonra qeyd edib ki, 2026-cı ilin birinci yarısında əldə olunan 59.375 manatın 32.815 manatı əmlak vergisindən, 8.630 manatı torpaq vergisindən, 858 manat  mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən,  17072 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, daxil olub.  Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər xidmətlərindən və  bələdiyyə mülkiyyətinin icarəsindən  altı ay ərzində  hər hansı vəsait daxil olmayıb.

Sədr deyib ki, bundan sonra kı dövrdə bələdiyyənin vergi xidməti tərəfindən  digər maliyyə istiqamətlərindən də vəsaitin daxil olması  üçün ciddi şəkildə addımlar atılacaqdır.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər