Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-06-2026 , 21:18

138

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Tünzalə Qardaşova: “Bu gün bələdiyyənin vergi xidməti BAMS proqramının verdiyi bütün imkanlardan yararlanmaqla büdcə gəlirlərini artırmağa nail olub”

“Bələdiyyənin inkişafı üzvlərin və kollektivin işə münasibətindən çox asılıdır”-bu fikirləri Belediyye.infoya Masallı rayonu, Boradigah bələdiyyəsinin sədri Tünzalə Qardaşova deyib.

Sədr qeyd edib ki, ilk fəaliyyətimiz inzibati binanın dəyişməsi ilə bağlı olub.  Bu gün bələdiyyənin normal fəaliyyəti ilk növbədə kollektiv üzvlərinin fəaliyyəti üçün şəraitin yaradılması ilə bağlıdır.

Hazırda Masallı RİH-in təşəbbüsü ilə bələdiyyəmiz keçmiş mədəniyyyət evi olan bir mərkəzdə fəaliyyət göstərir. Yəni artıq keçmiş mədəniyyət evi bələdiyyənin balansına verilib. Balansa verildikdən sonra bələdiyyənin maliyyəsi ilə binada cari təmir işləri aparılmışdır. 

Bu gün bələdiyyənin vergi xidməti BAMS proqramının verdiyi bütün imkanlardan yararlanmaqla büdcə gəlirlərini artırmağa nail olub. Hazırda vergi müfəttişlərinin əsas vəzifəsi vergi ödəyiciləri ilə görüşməklə həm izahat işlərini aparır, həm də bildirişlər  SMS xidmətindən istifadə etməklə paylanılır.

Son üç ilin maliyyə gəlirlərinin ilkin  təhlili büdcə gəlirlərinin kifayət qədər artdığından xəbər verir.  Yaxın günlərdə seçicilərimizə hesabat xarakterli məruzə ilə çıxış etmək niyyətindəyik.

Belediyye.info 

,

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyə sədri qəbul keçirib

Region
05-04-2026
842