Ceyhun Ələsgərov: “Vergi ödəyicilərimiz vergilərini vaxtında ödəmiş olsalar, bizdə onların qaldırdığı məsələlərin həllini sürətləndirə bilərik ”
“Ötən il Məhəmmədi bələdiyyəsi kollektivin birgə səyi ilə yerli büdcə gəlirlərinin səviyyəsini 3.3 dəfə artıra bilib”-bu fikirləri Belediyye.infoya Abşeron rayon Məhəmmədli bələdiyyəsinin sədri Ceyhun Ələsgərov deyib. Sədr qeyd edib ki, rəhbərlik etdiyi bələdiyyə son 20 ildə ilk dəfədir ki bu uğura imza atır.
Bütün bu uğurla yanaşı bələdiyyənin ərazidə görüləsi, həyata
keçiriləsi işləri çoxdir. Layihələrin icrası isə sözsüz ki, hər bir bələdiyyədən,
o cümlədən bizdən maliyyə vəsaiti tələb
edir. Odur ki, bələdiyyənin vergi xidməti BAMS-ın verdiyi imkandan istifadə
edir.
Sədr deyilənlərə əlavə edib ki, vergi ödəyicilərimiz vergilərini
vaxtında ödəmiş olsalar, bizdə onların qaldırdığı məsələlərin həllini sürətləndirə
bilərik.
Əldə etdiyimiz maliyyə vəsaiti ilə ərazidə irili-xırdalı
kifayət qədər layihələr icra olunub. Bu layihələrin böyük əksəriyyəti sakinlərin
müraciəti əsasında həyata keçirilib. Bir çox hallarda sakinlərin kollektiv
müraciətləri bələdiyyə iclasında müzakirəyə çıxarılaraq icrası barədə qərar
verilir.
Bu günlərdə kəndin bir çox küçələrinə çınqıl tökülərək,
yayılmış və bərkitmə işləri aparılmışdır.
Bununla yanaşı, kənd sakinlərinin, könüllülərin və mənzil-kommunal işçilərinin
iştirakı ilə ərazidə iməcilik təşkil edilmişdir. İməcilikdə ərazi sahibsiz
zibil tullantılarından təmizlənmiş, sakinlər arasında həm də maarifləndirmə işləri
aparılmışdır.
Sədr sonda qeyd edib ki, ötən ilin dekabrında bələdiyyə
iclasında təsdiq edilən büdcə layihəsinə əsasən ərazidə ilin sonunadək bir çox irihəcnli
layihələrin icrası nəzərdə tutulur.
Belediyye.info
Rəylər
0 Rəy