Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-02-2026 , 19:42

235

Son xəbərlər

Bütün xəbərlər
Bu gün onun günüdür
Bakı
23-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Royal Cəfərov: “Əvvəlki illərdə yaranmış DSMF-yə olan  borcun cari ildə  tam şəkildə bağlanılmasını təmin edəcəyimizə inanıram

Bu gün ölkəmizdə formalaşan  685 bələdiyyənin 30 faizədək hissəsinin DSMF və digər qurumlara borclu olduğundan bank hesabları bağlı olmaqla yanaşı, bələdiyyənin məsul şəxsi kimi sədrin ölkədən çıxışına Məhkəmə qərarı ilə məhdudiyyət qoyulur. Borcun həcminin kifayət qədər olması məsələnin ciddiliyindən xəbər verir. Lakin birləşdirmə zamanı nümunəvi bir bələdiyyənin birdən-birə borclu duruma düşəcəyi barədə fikirlərimizi xeyli əvvəl yazmışdıq. Bu gün bələdiyyələrin DSMF-yə 6 milyon manatdan artıq DSMF borcunun olduğu deyilir. Hər bir halda böyük rəqəmdir. Borcun aqibəti və yeni formlaşan bələdiyyələrin fəaliyyətinə ciddi problem yaşatmaması üçün bir sıra təkliflər məsul şəxslər tərəfindən  hələ assosiasiyaların hesabat yığıncaqlarında səsləndirilmişdi. Bu gün borcun sistemli şəkildə bağlanılması üçün bri sıra ciddi addımlar atılır. Ancaq bələdiyyələrdə borcun bağlanılması üçün yerində saymamalı, bələdiyyə iclasında borcun bağlanılması üçün konkret streteji yol xəritəsi çəkilməli və fəaliyyətlərini məhz bu səpgidə davam etdirməlidirlər.

Qeyd edək ki, DSMF-yə borclu olan  bələdiyyələrdən biri də Yevlax rayonu Xaldan bələdiyyəsidir. Xaldan bələdiyyəsinin Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə 30 985.44 manat vergi borcu yaranıb. Bu borc əslində DSMF-yə olan borcdur. Məhkəmənin hökmü ilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Bəs maraqlıdır borc necə yaranıb və onun bağlanılması ilə bağlı bələdiyyə hansı addım atmaq niyyətindədir?

Sualı cavablandıran adıçəkilən bələdiyyənin sədri Royal Cəfərov Belediyye.infoya açıqlmasında bildirib ki,  Azərbaycan Respulikasının 18 oktyabr 2024-cü il tarixli  "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi  haqqında" Qanununa əsasən Aşağı Salamabad, Ərəş, Xaldan və Qaraoğlan bələdiyyələrinin əhatə etdiyi Meyvəli qəsəbəsi və Aşağı Salamabad, Əcəmi, Ərəş, Xaldan, Quşçu, Yuxarı Salamabad, Qaraoğlan kəndləri də daxil olmaqla  Xaldan bələdiyyəsi formalaşdırıldı.

Röyal Cəfərov 18 fevral 2025-ci il tarixdə keçirilən bələdiyyənin ilk iclasında bələdiyyə sədri olaraq seçilib.  

Sədr qeyd edib ki, haqqında danışılan borcun həcmi ötən ilin fevralında  45.691 manat olub. Bu borc isə Xaldan bələdiyyəsinin və ona birləşdirilən keçmiş  Qaraoğlan, Aşağı Salamabad və Ərəş bələdiyyələrinin  Dövlət  Vergi Xidmətinə vaxtında ödənilməmiş qalan DSMF və digər  vergi borclarıdır. 

Səlahiyyətli və öhdəliyi olan şəxs kimi sözügedən vergi borcunun bir hissəsini  qısa müddətdə 14.321 manatının ödənilməsi təmin edilib.

Bu gün bələdiyyə iclasının qərarı ilə borcun bağlanılması üçün bələdiyyənin kollektivi var qüvvəsi ilə çalışır.  BAMS proqramının verdiyi imkandan yararlanmaqla, həm də bələdiyyənin vergi-uçot sistemindəki boşluqları aradan qaldırmaqla, habelə debitor borcların yığılması ilə bağlı bələdiyyədə  ciddi addımlar atılır. Etiraf edək ki, bu günədək bələdiyyənin vergi-uçot sisteminin qənaətbəxş səviyyədə olmaması nəticədə büdcə gəlirlərinin həcminə də öz təsirini göstərmiş oldu.

Odur ki, ilk addımımız məhz borcun bağlanılması üçün  kollektivin bütün qüvvəsini səfərbər edilməsi oldu. 15 min manata yaxın borcun ödənilməsi məhz bu addımların sayəsində  baş tutub.

Sədr qeyd edib ki, fəaliyyəti dövründə şəffaflıq, ədalət,  qanunçuluq və vətəndaş məmnuniyyəti mənim üçün ən başlıca və əsas prinsipdir. Hazırda bələdiyyə sədri kimi maliyyə intizamının gücləndirilməsi, əvvəlki dövrlərdən yaranmış öhdəliklərin icrası və şəffaf idarəetmənin təmin olunması məqsədli zəruri tədbirlərin həyata keçirilməsi üçün fəaliyyətimizin daha da genişləndirilməsinə səy göstəririk.

Sədr maliyyə sabitliyinin təmin edilməsi və şəffaf fəaliyyət prinsiplərinin  Xaldan bələdiyyəsi olaraq əsas prioritetlərindən biri  kimi hesab edir. Eyni zamanda Dövlət büdcəsi qarşısında öhdəliklərin vaxtında və tam icrası, maliyyə məsuliyyəti və şəffaflıq bundan sonra da bələdiyyənin fəaliyyətinin əsas prinsipi olacaqdır.

Sədr sonda Xaldan bələdiyyəsinin sədri olaraq əvvəlki illərdə yaranmış DSMF-yə olan  borcun cari ildə  tam şəkildə bağlanılmasının təmin ediləcəyinə inandığını qeyd edib.  

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər