Aqil Heydərov: “Kollektivin birgə səyi ilə büdcə gəlirlərində ciddi artımlar müşahidə olunub”
“Saatlı bələdiyyəsinin uğuru kollektivin bir məqsədə xidmət etməsi ilə bağlıdır”- bu fikirləri Belediyye.infoya açıqlamasında Saatlı bələdiyyəsinin sədri Aqil Heydərov deyib. Bu gün Saatlı bələdiyyəsinin kollektivinin fəaliyyəti üçün hər bir şərait yaradılıb. Ötən bir il ərzində bələdiyyənin fəaliyyəti üçün həm inzibati bina, həm texniki təchizatla yanaşı, həm də bələdiyyə qulluqçularının hazırlığı və maarifləndirilməsi ilə bağlı ciddi addımlar atılıb.
Sədr əlavə edib ki, son seçkilərdən sonra Saatlı bələdiyyəsinə
iki bələdiyyə Qazanbatan və Mollavaizli bələdiyyələri birləşdirilib.
Bu
gün kollektivin birgə səyi ilə büdcə gəlirlərində ciddi artımlar müşahidə
olunub. Xüsusəndə BAMS proqramının
verdiyi imkanlardan istifadə
edərək artımın səviyyəsi bir xeyli artıb. Belə ki, 2024- cü ilin yanvar ayı ilə müqayisədə
cari lin yanvar ayında büdcə gəlirlərində 5 dəfəyədək artım müşahidə olunub.
Sədr 2024-2026 -cı illərin yanvar ayında əldə olunan müəyyən rəqəmlərə də toxunub.
Sədr qeyd edib ki, 2024-cü
ilin yanvar ayında 3.464 manat, 2025-ci ilin yanvar ayında 6.857 manat əldə edilmişdirsə, 2026-cı
ilin yanvar ayında 20.284 manat əldə
olunub. Hazırda bələdiyyənin vergi xidmətinin
əsas məqsədi büdcə gəlirlərində ciddi irəliləyişə nail olmaqla əvvəlki
illərdən yaranmış DSMF və digər borcların bağlanılmasıdır. Artıq yaxın günlərdə
mövcud olmuş
borcların tamamilə bağlanılması nəzərdə tutulub.
Belediyye.info
Rəylər
0 Rəy