Elnur Beybalayev: “Bu gün bələdiyyə olaraq əsas vəzifəmizdən biri də….”
“Şabran rayonu Ağalıq bələdiyyəsinin təşkilatçılığı ilə Ağalıq ərazisində iməcilik keçirilmişdir” – bu məlumatı Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Elnur Beybalayev deyib.
Sədrin sözlərinə görə, aparılan iməçilik
zamanı Ağalıq kənd tam orta məktəbinin yaxınlığındakı məişət tullantıları
quyusu şagirdlərə təhlükə mənbəyi yaratdığı üçün yenisi ilə əvəzlənib.
Təmizlik aksiyasında bələdiyyə kollektivi,
kənd sakinləri və könüllülər iştirak ediblər.
Sədr bildirib ki, bu gün bələdiyyə olaraq əsas
vəzifəmizdən biri də kəndin təmizliyinə, sanitar qaydalara riayət edilməsini
diqqətdə saxlamaqdır.
Belediyye.info
Rəylər
0 Rəy