Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-02-2025 , 21:25

649

Son xəbərlər

Bütün xəbərlər

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Bələdiyyələrin görünməyən "fəaliyyətinin" səbəbi nədir?

Bələdiyyə, qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları mövcuddur və o, konstitusiya və qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər.

Lakin hazırda bələdiyyələrin hər hansı bir fəaliyyəti gözə çarpan dərəcədə deyil. Hətta bəzi vətəndaşlar mənsub olduğu bələdiyyə binasının harada yerləşdiyini belə bilmir.

Bəs bələdiyyələrin bu cür görünməyən "fəaliyyətinin" səbəbləri nələrdir?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyinin sədri Vüqar Tofiqli bildirib ki, bələdiyyələrin fəaliyyətinin zəif olmasının birinci günahı vergi ödəməyən vətəndaşlardadır. Çünki vergilər və ödənişlər vaxtında ödənilsə, bələdiyyələr öhdələrinə düşən planlı işləri və layihələrin icrasını vaxtında həyata keçirmiş olarlar:

Bələdiyyələrin görünməyən "fəaliyyətinin" səbəbi nədir?"2023-cü ildə Azərbaycanda bələdiyyələrin büdcə gəliri təxminən 53 milyon manat ətrafında idi. 2024-cü ildə isə təxminən 55 milyon manat həcmində olub.

Ümumilikdə götürəndə bu məbləğ azdır. Əvvəlki illərlə müqayisədə əmlak vergisinin yığımı və digər ödənişlərdə artım mövcuddur. Hər halda bu bələdiyyələr üçün qənaətbəxş sayıla bilməz.

Bələdiyyələrin iş prinsipinin görülməməsinin bir neçə səbəbi var. Lakin ən əsas səbəb vergilərin vaxtında yığılmamasıdır Qanunvericilikdə müəyyən boşluqların olması da bələdiyyələrin iş sistemində yaranan çətinliklərdəndir. Bələdiyyə və icra münasibətlərinin düzgün qurulmaması və digər problemlər nəticəsində bələdiyyələrin büdcə gəliri qənaətbəxş səviyyədə olmur. Buna görə də vətəndaşların qaldırdığı məsələlərin həllində bələdiyyələr operativ müdaxilə edə bilmir. Düşünürəm ki, bu problemlər öz həllini kompleks şəkildə tapmalıdır ki, bələdiyyələr tələb olunan səviyyədə fəaliyyət göstərə bilsin".

https://big.az/550171-belediyyelerin-gorunmeyen-fealiyyetinin-sebebi-nedi.html


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyələrin 6 milyon manat borcu var: kim ödəyəcək?

Gündəlik Xəbərlər
03-01-2025
1120

Bələdiyyələrə ayrılan dotasiyanın həcmi artırılır

Gündəlik Xəbərlər
27-12-2024
781

Prezident təsdiq etdi: bələdiyyələr qrant ala biləcək


Gündəlik Xəbərlər
27-12-2024
743

Məmur məhkəmə zalında həbs edildi

Gündəlik Xəbərlər
19-12-2024
886