Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-02-2025 , 21:11

769

Son xəbərlər

Bütün xəbərlər

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Deputat bələdiyyə işçilərinin peşə bayramının təsis edilməsini təklif edib

Seçkilərdə 8 mindən çox bələdiyyə üzvü seçildi, 4-5 min arası bələdiyyə qulluqçusu var. Amma çox təəssüf ki, bu şəxslərin bu günədək peşə bayramı yoxdur. Yaxşı olardı ki, bələdiyyə qulluqçularının peşə bayramı günü təsis edilsin.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamran Bayramov Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin (2024-cü il üzrə) müzakirəsində çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, bələdiyyələr kifayət qədər böyük kütlədir.

“Peşə bayramının təsis edilməsi onlara da stimul olardı. Həmin günün təsis edilməsi bələdiyyələrin ərazisində bayramla əlaqədar ictimai-kütləvi tədbirlərin keçirilməsinə təkan verərdi, bələdiyyələr ərazilərdə daha çox tanınardı. Ədliyyə Nazirliyi bu sahədə təşəbbüslə çıxış edib müəyyən addımlar ata bilər”, - deyə Kamran Bayramov qeyd edib.
https://az.trend.az/azerbaijan/society/4003595.html


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyələrin 6 milyon manat borcu var: kim ödəyəcək?

Gündəlik Xəbərlər
03-01-2025
1120

Bələdiyyələrə ayrılan dotasiyanın həcmi artırılır

Gündəlik Xəbərlər
27-12-2024
781

Prezident təsdiq etdi: bələdiyyələr qrant ala biləcək


Gündəlik Xəbərlər
27-12-2024
743

Məmur məhkəmə zalında həbs edildi

Gündəlik Xəbərlər
19-12-2024
886