Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-02-2025 , 19:56

978

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Bələdiyyələr nə vaxt icra başçılarının qoltuğundan çıxacaq?

Bələdiyyələr nə vaxt icra başçılarının qoltuğundan çıxacaq?

Nə qədər bələdiyyə sədri cinayətə cəlb olunub. Hesab edirəm ki, bələdiyyə sədrləri ilə icra başçıları da həmin cinayətlərdə şərikdirlər. Çünki bu gün Azərbaycanda faktiki olaraq bələdiyyələr icra başçısının icazəsi, tapşırığı, xeyir-duası olmadan qərar, obyekt, torpaq verə bilmir.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Məmmədov Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin (2024-cü il üzrə) müzakirəsində çıxışı zamanı deyib.

Millət vəkili qeyd edib ki, əhalini maraqlandıran əsas məsələ budur:

“Deputat həmkarlarım çıxışlarında çox gözəl məsələlərə toxundular. Deyilən fikirlərdə dolayısı ilə mənim səsləndirdiyim məsələlər də var idi. Mən bir az birbaşa dedim. Bələdiyyələr o vaxt keyfiyyətli, qanunun tələblərinə cavab verən şəkildə işləyəcəklər ki, onlar faktiki olaraq müstəqil tam fəaliyyət göstərəcəklər. Biz bunu gözləyirik.”

https://az.trend.az/azerbaijan/society/4003605.html


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyələrin 6 milyon manat borcu var: kim ödəyəcək?

Gündəlik Xəbərlər
03-01-2025
1120

Bələdiyyələrə ayrılan dotasiyanın həcmi artırılır

Gündəlik Xəbərlər
27-12-2024
781

Prezident təsdiq etdi: bələdiyyələr qrant ala biləcək


Gündəlik Xəbərlər
27-12-2024
743

Məmur məhkəmə zalında həbs edildi

Gündəlik Xəbərlər
19-12-2024
886