Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-11-2024 , 00:50

1080

Son xəbərlər

Bütün xəbərlər

Mingəçevir bələdiyyəsi daha bir layihəni icra edib

Azərbaycan Bələdiyyələri
16-03-2025

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Ədliyyə qulluqçularına növbəti ürək sözüm-İNANIRAM Kİ,...  

2000-ci ildən başlayaraq 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Mən bir QHT sədri, həm də Belediyye.info internet resursunun təsisçisi olaraq rəhbərlik  etdiyim qurumlar tərəfindən bələdiyyələrin fəaliyyəti ilə bağlı Ədliyyə nazirliyinin müvafiq qurumları ilə uzun illərdirki əməkdaşlıq əlaqələri qurulub və sevindirici haldır ki,  bu əlaqələr  yüksələn xətt üzrə inkişaf edir.

Bu gün ölkə başçısının müvafiq sərəncamları ilə nazirlikdə yeni abu-hava, yeni struktur yaradılıb və əlavə səlahiyyətlər verilib. Bu addımların ölkə başçısı tərəfindən atılması həm də bu nazirliyin üzərinə əlavə məsuliyyət yükü qoyur.

Cənab Prezidentin bu addımları yeni, gənc və perspektivli kadrların irəli çəkilməsinə, habelə neqativ yaradan məqamların ciddi şəkildə aradan qaldırılmasına, cəmiyyətdə nazirlik əməkdaşlarının çəki, hörmət və nüfuzunun artmasına həm də şərait yaratmış oldu. Etiraf edim ki, nazirlikdə  belə sürətlə struktur dəyişikliyinin  uğurla aparılmasına artıq inanmaq məcburiyyətindəyəm. Çünki ortada vətəndaş məmnunluğu, şəffaflıq və ən əsası bir səmimiyət var. Və atılan addımlarda məhz bu prinsiplərə söykənir.

Bu gün əməkdaşlıq əlaqələrinin təhlilinin nəticəsi olaraq söyləyə bilərəm ki, istər Bələdiyyələrlə iş Baş idarəsində, istərsə də Göyçay, Şəmkir,  Bərdə, Xaçmaz, İmişli, Gəncə, Şirvan, Şəki və Lənkəran regional ədliyyə idarələrində çalışan ədliyyə qulluqçuları tərəfindən həqiqətən bələdiyyələrlə bağlı  öz üzərilərinə düşən məsuliyyət yükünü başa düşdüklərindən vətəndaş məmnunğunu yüksək səviyyədə təmin edir.

Ona da inanıram ki, bu qurumlarda vakant vəzifələrlə bağlı  komplektləşdirmə aparılarsa, həm işin keyfiyyəti, həm də görülən işin səmərəsi daha da artmış olar.

Ədliyyə qulluqçularını, xüsusəndə Bələdiyyələrlə iş Baş idarəsində və adıçəkilən idarələrdə çalışanları bu bayram münasibəti ilə ürəkdən təbrik edir, inanıram cənab nazirin onların qarşısında qoyduğu tapşırıq və tövsiyələrin icrasını yüksək səvyyədə həll edəcəklər. Bu işdə peşəsini sevən ədliyyə qulluqçularına yalnız uğurlar arzu edirəm.

  Sizlərə dərin hörmətlə Vüqar Tofiqli     

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

1 milyondan çox seçici səs verib

Gündəlik Xəbərlər
29-01-2025
832

İlham Əliyev səs verdi

Gündəlik Xəbərlər
29-01-2025
1002

Bələdiyyə seçkilərinə böyük maraq var


Gündəlik Xəbərlər
29-01-2025
749

Məzahir Pənahov seçicilərə çağırış etdi


Gündəlik Xəbərlər
29-01-2025
727

Azərbaycanda bələdiyyə seçkiləri başladı


Gündəlik Xəbərlər
29-01-2025
781

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək

Gündəlik Xəbərlər
29-01-2025
795