Türkiyə Bələdiyyələr Birliyi ilə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları arasında əməkdaşlıq müzakirə edilib
Azərbaycanda keçirilən COP29-da iştirak etmək üçün Bakıda səfərdə olan TBB (Türkiyə Bələdiyyələr Birliyi) nümayəndə heyəti Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarını (ABMA) ziyarət edib.
Bu barədə Belediyye.info Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarından məlumat verilib.
ABMA-nın mənzil-qərargahında keçirilən görüşdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov, TBB-nin Planlaşdırma və şəhərsalma şöbəsinin müdiri Cuneyt Türkmen və digər rəsmi şəxslər iştirak ediblər.
Təmraz Tağıyev çıxışında iki qardaş ölkə arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olmasını və bu əlaqələrin yerli özünüidarəetmə səviyyəsində də inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
TBB nümayəndə heyətinin rəhbəri Cuneyt Türkmen öz növbəsində Azərbaycanda keçirilən beynəlxalq tədbirin yüksək səviyyədə təşkil olunduğunu və TBB ilə ABMA arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi zəruriliyini xüsuyiilə qeyd edib. Bu məqsədilə TBB rəsmisi ABMA nümayəndə heyətini Ankaraya dəvət edib.
Həmçinin görüşdə yerli özünüidarəetmə sahəsində təcrübə mübadiləsi ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin ABMA-nın Əlaqələndirici koordinatoru Aydın Muradov Azərbaycanda yerli özünüidarəetmə orqanlarının daha səmərəli fəaliyyəti üçün bələdiyyələrin birləşdirilməsi prosesləri və bu zaman qardaş Türkiyənin təcrübəsindən də istifadə edilməsi barədə öz mülahizələrini bölüşüb.
Rəylər
0 Rəy