Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-11-2024 , 17:35

117

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Türkiyə Bələdiyyələr Birliyi ilə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycanda keçirilən COP29-da iştirak etmək üçün Bakıda səfərdə olan TBB (Türkiyə Bələdiyyələr Birliyi) nümayəndə heyəti Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarını (ABMA) ziyarət edib.

Bu barədə Belediyye.info Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarından məlumat verilib.

ABMA-nın mənzil-qərargahında keçirilən görüşdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov, TBB-nin Planlaşdırma və şəhərsalma şöbəsinin müdiri Cuneyt Türkmen və digər rəsmi şəxslər iştirak ediblər.

Təmraz Tağıyev çıxışında  iki qardaş ölkə arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olmasını və bu əlaqələrin yerli özünüidarəetmə səviyyəsində də inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

TBB nümayəndə heyətinin rəhbəri Cuneyt Türkmen öz növbəsində Azərbaycanda keçirilən beynəlxalq tədbirin yüksək səviyyədə təşkil olunduğunu və TBB ilə ABMA arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi zəruriliyini xüsuyiilə qeyd edib. Bu məqsədilə TBB rəsmisi ABMA nümayəndə heyətini Ankaraya dəvət edib.

Həmçinin görüşdə yerli özünüidarəetmə sahəsində təcrübə mübadiləsi ətrafında fikir mübadiləsi aparılıb. 

Görüşdə həmçinin ABMA-nın Əlaqələndirici koordinatoru Aydın Muradov Azərbaycanda  yerli özünüidarəetmə orqanlarının daha səmərəli fəaliyyəti üçün bələdiyyələrin birləşdirilməsi prosesləri və bu zaman qardaş Türkiyənin təcrübəsindən də istifadə edilməsi barədə öz mülahizələrini bölüşüb.

 ABMA


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Binəqədi rayonunda ağacəkmə aksiyası keçirilib 

Gündəlik Xəbərlər
23-10-2024
293

Bələdiyyələrin sayı 684-ə endirilir

Gündəlik Xəbərlər
18-10-2024
416

1100 bələdiyyənin 8 milyon borcu var - PA

Gündəlik Xəbərlər
11-10-2024
418

Bələdiyyələrin birləşməsi ilə bağlı yeni QANUN

Gündəlik Xəbərlər
10-10-2024
658

Bələdiyyələr qrant ala biləcək

Gündəlik Xəbərlər
05-10-2024
564