Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-10-2024 , 16:58

657

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Azərbaycanda yeni qanun: bələdiyyələrin maliyyə imkanları genişlənəcək

Azərbaycanda "Qrant haqqında" Qanuna dəyişiklik təklif edilir. Dəyişikliyə görə, artıq bələdiyyələr də qrant ala biləcək.

Modern.az-a danışan “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli bildirib ki, qanuna edilməsi nəzərdə tutulan dəyişiklik çox ciddi, bələdiyyələrin üzərinə məsuliyyət qoyan və inkişafına yönələn bir addımdır:

“İstənilən halda bələdiyyələrlə bağlı qəbul edilən və qəbul edilməsi nəzərdə tutulan addımların atılması, bələdiyyələrin inkişafına söykənir. Burada məsələ ondan ibarətdir ki, qrantla bağlı proseslərdə bələdiyyələrə həmin proseslərdə iştirak etmək imkanı yaradılır. Bu çox gözəl addımdır. Sadəcə olaraq mənim arzum və istəyim odur ki, bu prosesin icrası ilə bağlı tələb edilən normativ hüquqi sənədlər də eyni vaxtda hazırlansın, yəni ləngiməsin. Bəzən qanun qəbul edilir amma icrası ilə bağlı normativ hüquqi sənədlərin təsdiqi ləngiyir və nəticədə də bələdiyyə problemlə üz-üzə qalmış olur".

Onun sözlərinə görə, qrant proseslərində iştirak zamanı şəffaf addımların atılması zəruridir:

"Bunun üçün də müəyyən müsabiqələrin keçirilməsi, addımların atılması vacibdir. Güman edirəm ki, bununla bağlı da addımlar atılacaq. İnanıram ki, maliyyəsizlikdən əziyyət çəkən bələdiyyələrin bu qrant proqramlarında iştirak etməsi onlara müsbət təsir edəcək. Tutaq ki, bələdiyyənin maliyyəsi yoxdur və hansısa layihəsini icra edə bilmir. Amma qrantlar sayəsində sözsüz ki, niyyətində olduğu layihəni gerçəkləşdirə biləcək. Burada prosesin hansı orqan tərəfindən keçirilməsi də vacibdir. “Proses hansı orqan tərəfindən təşkil ediləcək? Nəzarət necə həyata keçiriləcək?” kimi suallara da cavab verilsə, yarana biləcək hansısa problemin həlli sürətlənmiş olacaq".

Rəşid Qarayev

https://modern.az/olke/490010/azerbaycanda-yeni-qanun-belediyyelerin-maliyye-imkanlari-genishlenecek/


Rəylər

0 Rəy


Rəy yaz