Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-06-2024 , 23:22

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

M.Ə.RƏSULZADƏ BƏLƏDİYYƏSİNDƏ TÜRKDİLLİ DÖVLƏTLƏRİN YAZARLARI İLƏ GÖRÜŞ


Bu günlərdə M.Ə. Rəsulzadə bələdiyyəsində möhtəşəm bir tədbir keçirildi. Tədbirdə qəsəbə sakinləri ilə bərabər Türkiyə Respublikasından, Özbəkistan Respublikasından, İsveçdən, Cənubi Azərbaycandan gələn qonaqlar da iştirak edirdilər. Məqsəd Türk dünyası yazarlarının, mədəniyyət işçilərinin, mətbuatının bir araya gəlməsi və özbəkistanlı şairə Zilala Xalıqovanın Azərbaycan dilinə uyğunlaşdırılmış “Yalqız quş” kitabının təqdimatı idi.

Hələ 2022-ci ilin may ayında Avrasiya Sanat Kultur Adabiyyat Bilim Federasiyonunu (ASKEF) qardaş Türkiyənin Osmaniyyə bölgəsində təşkil etdiyi Kadırlı festifalında Azərbaycan nümayəndə heyəti ilə Özbəkistan nümayəndə heyəti arasında keçirilən görüş zamanı qərara alınmışdır ki, şairə Zilala Xaliqovanın “Yalqız quş”; şerlər və xatirələr kitabı Azərbaycan dilinə uyğunlaşdırılsın. Şair Şahməmməd Dağlaroğlu uyğunlaşmanı öz üzərinə götürmüşdür və Əli Vəliyev isə kitabın çap etdirilməsinə söz vermişdir. Nəhayət qardaş Özbəkistan Respublikası sənət adamlarının respublikamıza qonaq gəlməsindən istifadə edərək həm kitabın təqdimatı, həm də xalqlarımız arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün tədbir təşkil etmək qərara alındı. Görüş yeri Rəsulzadə bələdiyyəsi seçilməsi də əsas şərtlərdən biri idi. Belə ki son illər burada dəfələrlə yazıçı və şairlərin görüşləri və maraqlı kitabların təqdimaı mərasimləri keçirilmişdir.

Tədbirdə Özbəkistandan şairə Zilala Xaliqova, şairə İbodat Xojanova, jurnalist, aktrisa Zamirə Bejimova, jurnalist Dildorə Abdullayeva, şairə, şərqiçi, kanonun mahir ifaçısı Sərvinaz Alimova, Türkiyədən əməkdar öyrətmən, şair Yaşar Aydınlık öz həyat yoldaşı ilı, Ümumdünnya Uyğur Yazarlar Birliyinin sədri, İsveç Yazıçılar birliyinin üzvü, İsveçdə sürgünlük həyatı yaşayan Abduşükür Muhamet Qumtur öz həyat yoldaşı ilə, Göyçə kökənli Güney Azərbaycanlı yazıçı, professor, iş adamı Nehir Akpolat iştirak etdi. 

Tədbiri Rəsulzadə bələdiyyəsinin sədrin Hümbət Hüseynov açaraq qonaqları salamladı. Türk xalqlarının birliyindən, onların ümumi tarixə, mədəniyyətə malik olmalarından, türkdilli dövlətlərin sürətlə bir-birinə yaxınlaşmasından, güclü iqtisadi əlaqələrin qurulmasından, Turanın artıq gerçək olmasından danışdı. Tədbirdə AYB-nin üzvü, şəhid atası, şair Nizami Elyanar, AYB və AJB üzvü, şairə, yazıçı-publisist Sona İsmayılova, şair-publisist, “İsmayıllı xəbər” qəzetinin təsisçisi və baş redaktoru, İsmayıllı bələdiyyəsinin sədr müavini, “İsmayıllı yazarları” ədəbi-ictimai birliyinin sədri Şahməmməd Dağlaroğlu, araşdırmaçı Vüqar Abduyev, Əli Vəliyev, şair Təbəkkül Nəsibov, ziyalı Vaqif Namazov, jurnalist-publisist, yazar, şərqiçi Samir Abdullayev, Natavan Ağayeva, Könül Vəliyeva iştirak etdilər. Çıxış edənlərin hamısı xalqlarımızın dostluğundan, belə görüşlərin vacibliyindən danışdılar və kitabın çap olunmasına görə əziyyəti keçən hər kəsə təlisistşəkkür etdilər. Zilala tədbir iştirakçılarına kitabın Azərbaycan dilinə uyğunlaşdırılmış imzalı nüsxələrini hədiyyə etdi. Şairlər şerlərini oxudular, kanon ustası Sərvinaz Alimova isə Azərbaycan musiqilərini ifa etdi və Azərbaycan dilində mahnılar oxudu. Azərbaycan şairləri öz kitablarını imzalayaraq qonaqlara hədiyyə etdilər. Şair Şahməmməd Dağlaroğlu Zilala Xalıqovaya Azərbaycan-Özbəkistan dosluq əlaqələrinin möhkəmləndirməsinə görə “İsmayıllı yazarları” ədəbi-ictimai birliyinin adından fəxri diplom təqdim etdi. Sonda qonaqlara Azərbaycan bayrağı ilə birlikdə müxtəlif hədiyyələr təqdim etdilər. Hədiyyələrin hazırlanmasına görə Natavan Ağayevaya və Könül Vəliyevaya təşəkkür edirik. Tədbirin sonunda xatirə şəkilləri çəkildi və bütün iştirakçılar bu tədbirin belə maraqlı və yüksək səviyyədə keçirilməsinə görə Rəsulzadə bələdiyyəsinin işçilərinə və onun sədri Hümbət müəllimə dərin minnətdatrlıqlarını bildirdilər.


Əli Vəliyev

M.Ə.Rəsulzadə qəsəbə sakini