Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-04-2023 , 15:43

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə qulluqçusu: "Gənclərə demək istəyirəm ki...."

“Mən səbirli və əzmkar olmağımın bəhrəsini gördüm. Gənclərə demək istəyirəm ki, addım atmaqdan, işləməkdən, oxumaqdan, eyniylə risk almaqdan qorxmayın. Öz üzərinizdə çalışın. Siz də bacaracaqsınız!”.  

Bu sözləri qəzetimizə müsahibəsində dinamik, həyatsevər, məqsədinə çatmaq üçün önündə əngəl tanımayan “İlin peşəkar gənci” adını alan fəal gənc qızımız, Səbail bələdiyyəsinin baş mühasibi  Günel Ələkbərli söyləyib. Günel Ələkbərli  Texniki Humanitar Elmlər Liseyinin yetirməsidir. Liseyi uğurla bitirdikdən sonra indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft, qaz, mədən fakültəsinə daxil olub və faydalı qazıntı yataqlarının işlənməsi və istismarı ixtisası üzrə məzun olub. Bir müddət sonra maliyyə sahəsinə olan marağının fərqinə varır. Qətiyyətli və məqsədyönlü olmağı sevən Günel doğru ünvana çatana qədər dayanmadan çalışır. 2022-ci ildə magistr təhsili almaq üçün Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin idarəedilməsi proqramı üzrə beynəlxalq biznes ixtisasına qəbul olunur. Ali təhsillə yanaşı, dil biliklərinə də yiyələnir.  “Bu illər ərzində bir çox bilik və bacarıqlara yiyələndim. Dayanmadan öz üzərimdə işlədim. Dyərdim ki, bir çox sahə üzrə işləməyim mənə həyatda gözəl təcrübələr qazandırdı, həm də doğru ixtisas seçimimdə yol göstərdi”, - deyən Günel ilk əmək fəaliyyətinə şirkətlərin birində başlasa da, sonradan Səbail Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyində Ümumi şöbədə işə başlayır və çox keçmir ki, Ümumi təsərrüfat şöbəsinin müdiri vəzifəsinə yüksəlir. Daha sonra isə Səbail Bələdiyyəsində baş mühasibin müavini olaraq işə qəbul olunur. Hazırda isə işini baş mühasib olaraq davam etdirir.  Günel dedi ki, əmək fəaliyyətimə başladığım dövrdən bu günədək müxtəlif treninq və seminarlarda iştirak etmişəm və sertifikatlara sahib olmuşam. Səbail rayonunun ictimai-siyasi həyatında yaxından iştirak edən, fəallığı ilə seçilən gənclərdən biri olaraq dəfələrlə Fəxri fərmanlarla təltif olunmuşam. Bundan əlavə, həmkarlar ittifaqı təşkilatının işində səmərəli fəaliyyətimə görə Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı tərəfindən Fəxri Fərmana layiq görülmüşəm.  Müsahibim sonda “İlin peşəkar gənci” adına layiq görüldüyü üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) dərin təşəkkürünü bildirdi və dedi ki, AHİK öz dəstəyini gənclərdən heç vaxt əsirgəmir, daim onları diqqətdə saxlayır. Fəaliyyətini yüksək qiymətləndirir.

https://ulfet-az.com/Home/SinglePost?PostId=2250

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

"Məhv olmuş ömür. Narkotikə YOX de!” 

Gündəlik Xəbərlər
04-10-2023

Yasamal rayonunda Anım Günü qeyd   edilib

Gündəlik Xəbərlər
29-09-2023

Səbail rayonunda Anım günü qeyd edilib

Gündəlik Xəbərlər
28-09-2023