Tərlan İsmayılov: “Bu gün elə bələdiyyələr var ki, illik büdcəsi milyon manatı keçir, amma...."
“Xüsusilə
dotasiyanın bölgüsündə əsas meyar bələdiyyənin real maliyyə vəziyyəti olmalıdır”-
bu fikirləri Belediyye.infoya İsmayıllı bələdiyyəsinin üzvü, ekspert Tərlan
İsmayılov deyib.
Ekspertin
sözlərinə görə, bu gün elə bələdiyyələr var ki, illik büdcəsi milyon manatı
keçir, gəlir imkanları genişdir, amma yenə də dotasiya ayrılır. Digər tərəfdən
isə DSMF-yə və başqa qurumlara borcu olan, maliyyə yükü ağır olan kənd bələdiyyələri
bundan qat-qat az vəsait alır, bəzən isə ümumiyyətlə kənarda qalır.
Daha doğru olardı ki, dotasiya kənd bələdiyyələrinə, xüsusəndə DSMF və digər borcu olan bələdiyyələrə ayrılması nəzərdə tutulsun.
Belediyye.info
Rəylər
0 Rəy