Təmraz Tağıyev: “TDBB-nin fəaliyyətinə Azərbaycan bələdiyyələri hər zaman öz töhfəsini verməyə hazırdır”
“Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) Idarə heyətinin növbəti iclası baş tutub”- bu barədə məlumatı TDBB -nin İdarə heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.
İstanbulda Bahçelievler Bələdiyyəsinin ev sahibliyi ilə TDBB-nin
İdarə heyətinin növbəti toplantısında Albaniya, Azərbaycan, Bosniya və
Herseqovina, Şimali Kipr, Kosovo, Qırğızıstan, Şimali Makedoniya, Livan və
Türkiyədən olan idarə heyətinin üzvləri iştirak ediblər.
Tədbirdə TDBB -nin Prezidenti, Konya Böyükşəhər bələdiyyəsinin
sədri Uğur İbrahim Altayın proqram
xaraketerli məruzəsi dinlənilib. TDBB-nin yeni seçilən baş katibi Taha Zahid
Özdemir isə çıxışında qurumun ötən dövrdəki fəaliyyətinə, həyata keçirdikləri
layihələri barəsində hesabat xarakterli çıxışı olub.
Müzakirələrdə bir
sıra ölkə təmsilçiləri ilə bərabər Azərbaycan Şəhər Bələdiyyələri Milli
Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev də iştirak
edib. Sədr çıxışında qeyd edib ki, iki qardaş ölkə arasında tarixi dostluq, qarşılıqlı etimad, bu dövlətlərin
yerli özünüidarəetmə orqanlarının müsbət dinamikada inkişaf edən münasibətinə də
daim öz təsirini göstərməkdədir.
Təmraz Tağıyev həmçinin bundan sonra da Azərbaycan bələdiyyələrinin
TDBB-nin işində yaxından iştirak etməklə bu qurumun fəaliyyətinə öz töhfəsini
verməyə hazır olduğunu qeyd edib.
İdarə heyətinin iclasında növbəti aylarda görüləcək işlər
müzakirə edilərək fəaliyyət üçün qəbul edilib.
Əlavə edək ki, təbbirdən bir gün əvvəl İdarə heyətinin üzvü
Təmraz Tağıyev Türk Dünyası Bələdiyyələr Birliyinin inzibati binasını ziyarət
edərək TDBB-nin baş katibi Taha Zahid Özdemirlə görüşü olub.
Görüşdə ikitərəfli əlaqələrin
bundan sonrakı dövrdə əməkdaşlıq əlaqələrinin inkişafı üçün irəli sürülən təkliflər
müzakirə olunub. Görüşdə ABMA-nın beynəlxalq
əlaqələr üzrə məsul əməkdaşı Rövşən Məmmədov da iştirak edib.
Belediyye.info
Rəylər
0 Rəy