Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-10-2026 , 21:32

130

Son xəbərlər

Bütün xəbərlər

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

Gündəlik Xəbərlər
06-10-2026

Siyasi rəhbərin ilk addımı


Gündəlik Xəbərlər
02-10-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mürsəl Eminov: “Sevindirici haldır ki, artım büdcə gəlirlərinin əsas istiqamətləri üzrə müşahidə olunur”

“Binəqədi rayon bələdiyyəsinin büdcə gəlirlərinin artırılması istiqamətində həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməkdədir. Cari ilin doqquz ayının nəticələrinə əsasən, bələdiyyənin büdcə gəlirləri 666.988 manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcə gəlirlərində 18,47 faiz artım qeydə alınıb”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Mürsəl Eminov

 Sədr qeyd edib ki, büdcə gəlirlərinin formalaşmasında əsas pay əmlak və torpaq vergilərinin, eləcə də bələdiyyə mülkiyyətinin icarəsindən daxilolmaların üzərinə düşür. Belə ki, doqquz ay ərzində əldə olunan büdcə gəlirlərinin 531.759 manat əmlak vergisindən, 73.251 manatı torpaq vergisindən, 58.532 manat bələdiyyə mülkiyyətinin icarəsindən, 3.130 manat mehmanxana rüsumlarından, 315 manat isə avtodayanacaq rüsumlarından daxil olub.

 Bu göstəricilər bələdiyyənin vergi xidmətinin fəaliyyətinin səmərəliliyinin artırılması, vergi ödəyiciləri ilə aparılan işin gücləndirilməsi və mövcud gəlir mənbələrindən daha effektiv istifadə olunması istiqamətində görülən tədbirlərin nəticəsidir. Sevindirici haldır ki, artım büdcə gəlirlərinin əsas istiqamətləri üzrə müşahidə olunur.

 Əsas məqsədimiz əldə olunan müsbət dinamikanı qorumaq, büdcə gəlirlərinin artırılması istiqamətində fəaliyyətimizi daha da gücləndirmək və əldə olunan vəsaitlərin rayon sakinlərinin və ərazinin sosial-iqtisadi inkişafına xidmət edən layihələrə yönəldilməsini təmin etməkdir.

 İlin sonunadək büdcə gəlirlərinin artım tempinin davam etdiriləcəyini gözləyirik. Qarşıdakı dövrdə də vergi daxilolmalarının artırılması, ödəmə intizamının gücləndirilməsi və bələdiyyənin maliyyə imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirəcəyik.

 Belediyye.info

 

 

 

 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər