Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-10-2026 , 08:24

231

Son xəbərlər

Bütün xəbərlər

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

Gündəlik Xəbərlər
06-10-2026

Siyasi rəhbərin ilk addımı


Gündəlik Xəbərlər
02-10-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əziz Zeynalov: “Məqsədimiz rayon sakinlərinə göstərilən xidmət səviyyəsini yüksəltməkdir”

Nəsimi bələdiyyəsində büdcə gəlirlərinin artırılması istiqamətində müsbət dinamika müşahidə olunur.

2026-cı ilin sentyabr ayında Nəsimi bələdiyyəsinin büdcə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2025-ci ilin sentyabr ayı ilə müqayisədə cari ilin sentyabrında büdcə gəlirləri 45 faiz artaraq 236 880 manata çatıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 73 802 manat çox vəsaitin bələdiyyə büdcəsinə daxil olması deməkdir.

Bu barədə Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov məlumat verib.

Sədr bildirib ki, büdcə gəlirlərinin artmasında bələdiyyənin vergi xidmətinin sistemli və səmərəli fəaliyyətinin mühüm rolu var. Onun sözlərinə görə, vergi daxilolmalarının daha effektiv təşkili, mövcud imkanlardan düzgün istifadə və bələdiyyə gəlirlərinin artırılması istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticələr verir.

Əziz Zeynalovun sözlərinə görə, 2026-cı ilin ilk doqquz ayı ərzində Nəsimi bələdiyyəsinin büdcəsinə ümumilikdə 1 862 542 manat vəsait daxil olub. Bu vəsaitin 1 542 818 manatı əmlak vergisinin, 8 557 manatı torpaq vergisinin, 283 494 manatı mehmanxana rüsumlarının, 26 690 manatı avtodayanacaqlardan daxilolmaların, 979 manatı isə reklam ödənişlərinin payına düşüb.

Göstəricilər bələdiyyənin əsas gəlir mənbəyinin əmlak vergisi olduğunu göstərir. Belə ki, doqquz ay ərzində əldə olunan ümumi gəlirlərin böyük hissəsi məhz əmlak vergisi hesabına formalaşıb. Bu isə əmlak vergisinin bələdiyyənin maliyyə imkanlarının təmin edilməsində əsas mənbələrdən biri olaraq qaldığını göstərir.

Müqayisəli göstəricilər də gəlirlərin ayrı-ayrı istiqamətlər üzrə artım dinamikasının olduğunu göstərir. Belə ki, 2026-cı ilin ilk doqquz ayında əmlak vergisi üzrə daxilolmalarda ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faizlik artım qeydə alınıb. Digər gəlir istiqamətləri üzrə də müsbət dinamikanın müşahidə olunduğu bildirilir.

Bələdiyyə sədrinin sözlərinə görə, qarşıdakı dövrdə əsas məqsədlərdən biri mövcud gəlir mənbələrindən daha səmərəli istifadə etməklə büdcə daxilolmalarını artırmaqdır.

“Bələdiyyələrin Vahid İnformasiya Sisteminin yaratdığı imkanlardan istifadə etməklə vergi ödəyicilərinin uçotunun təkmilləşdirilməsi, məlumat bazasının daha da dəqiqləşdirilməsi və daxilolmaların artırılması istiqamətində işlər davam etdirilir. Hesab edirik ki, bu imkanlardan daha geniş istifadə ilin sonunadək bələdiyyə büdcəsinin gəlirlərinin artım tempinin qorunmasına və daha yüksək nəticələrin əldə olunmasına şərait yaradacaq”, – deyə Əziz Zeynalov bildirib.

Sədr vurğulayıb ki, bələdiyyənin fəaliyyətində əsas hədəf yalnız büdcə gəlirlərinin artırılması deyil. Əsas məqsəd əldə olunan maliyyə imkanlarından səmərəli istifadə etməklə rayon sakinlərinə göstərilən xidmətlərin keyfiyyətini yüksəltmək və vətəndaş məmnunluğunun təmin olunmasına töhfə verməkdir.

“Bizim əsas məqsədimiz büdcə gəlirlərini artırmaqla yanaşı, bu vəsaitlərin səmərəli idarə olunmasına nail olmaq, rayon sakinlərinə göstərilən xidmət səviyyəsini yüksəltmək və vətəndaş məmnunluğunu təmin etməkdir. Bələdiyyənin maliyyə imkanları genişləndikcə əhalinin ehtiyaclarına daha çevik və effektiv reaksiya vermək imkanlarımız da artır”, – deyə Əziz Zeynalov qeyd edib.

Beləliklə, 2026-cı ilin ilk doqquz ayının nəticələri Nəsimi bələdiyyəsinin gəlirlərinin artırılması istiqamətində müsbət dinamikanın formalaşdığını göstərir. Qarşıdakı dövrdə əsas hədəfin bu dinamikanı qorumaq, vergi daxilolmalarının yığımını daha da təkmilləşdirmək və əldə olunan vəsaitləri rayon sakinlərinin rifahına xidmət edən layihə və tədbirlərə yönəltmək olduğu bildirilir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər