Xətai rayonunda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib
28 sentyabr 2026-cı il tarixində Vətən müharibəsi şəhidləri
Musayev Sədi Süleyman oğlu, Şükürlü Elvin Azad oğlu və Rəhimli Kamil Vəli
oğlunun məzarları ziyarət edilib.
Ziyarətdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq
Quluyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Xətai Rayon Bələdiyyəsinin sədri
Elşad Vəliyev, şəhidlərin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, ailə
üzvləri və yaxınları iştirak ediblər.
Şəhidlərin məzarları ziyarət olunaraq ruhlarına dualar
oxunub, məzarları önünə tər gül-çiçək dəstələri düzülüb. Ziyarət zamanı şəhidlərin
keçdikləri şərəfli döyüş yolu və Vətən qarşısında göstərdikləri qəhrəmanlıq bir
daha ehtiramla yad edilib.
Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyev şəhidlərin
xatirəsinin daim uca tutulmasının, şəhid ailələrinə göstərilən diqqət və
qayğının davamlı olmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, şəhidlərin
ailələri ilə bağlı məsələlərin və onların müraciətlərinin hər zaman diqqət mərkəzində
saxlanıldığını, bu istiqamətdə həssas və diqqətli yanaşmanın bundan sonra da
davam etdiriləcəyini bildirib.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya
görə ailələri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, Allahdan hər birinə rəhmət diləyirik.
Rəylər
0 Rəy