Tehran Rəhmanov: “Bu gün bələdiyyə son illərdə ilk dəfə olaraq çox ciddi bir layihənin icrasına start verib”
“Hər bir vətəndaş müraciəti bələdiyyənin daim diqqət mərkəzindədir. Bunun üçün edilən müraciətlərin icrası üçün daim büdcə gəlirlərini artımaq niyyətindəyik. Bununla yanaşı qəsəbə sakinlərinin üzləşdiyi problemlərin həllində bələdiyyə olaraq bizdə öz töhfəmizi verməyə çalışırıq. Bələdiyyə son illərdə ilk dəfə olaraq çox ciddi bir layihənin icrasına start verib” – bu fikirləri Belediyye.infoya Xəzər rayonu, Türkan bələdiyyəsinin sədri Tehran Rəhmanov deyib.
Sədrin sözlərinə görə,
güclü yağışlar səbəbindən qəsəbənin 6 saylı internat məktəbinə gedən yolda daim
problemlər yaşanmaqda idi. Belə ki, məktəblilər dərsə, avtomobillər isə küçədən
keçə bilmirdilər.
Belə ki, yağışlar nəticəsində
ərazidə böyük göl yaranırdı. İllərdir bu problem sakinləri və xüsusəndə məktəbyaşlı
uşaqları narahat etməkdə idi.
Xəzər RİH-in təşəbbüsü
ilə Türkan bələdiyyəsi bununla bağlı böyük həcmli layihənin icrasına bələdiyyə
iclasının qərarı ilə artıq start verib. Layihəyə əsasən ərazidə yeraltında böyük həcmli su tutarı
quraşdırılacaq, küçəyə yığılan sular su ötürücüləri vasitəsi ilə quyuya
yığılacaq və quraşdırılacaq su nasosları vasitəsi ilə sular 600 metr kənara təhlükəsiz
yerə ötürüləcəkdir.
Sədr qeyd edib ki,
layihənin artıq birinci mərhələsi başa çatıb. Belə ki, 600 metr uzunluğunda 100 mm diametrlik qalındivarlı polipropilen borular alırnaraq artıq birləşdirilmiş
və torpağa təhlükəsiz şəkildə basdırılmışdır.
Bu həftə artıq layihənin ikinci mərhələsinə start veriləcəkdir. Bununla yanaşı
irihəcmli su nasosu da artıq bələdiyyə tərəfindən alınmışdır.
Sədr qeyd edib ki, layihəni payız aylarınadək başa çatdırmağı nəzərdə tuturuq.
Belediyye.info
Rəylər
0 Rəy