Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-07-2026 , 22:33

276

Son xəbərlər

Bütün xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Tehran Rəhmanov: “Bu gün bələdiyyə son illərdə ilk dəfə olaraq çox ciddi bir layihənin icrasına start verib”

“Hər bir vətəndaş müraciəti bələdiyyənin daim diqqət mərkəzindədir. Bunun üçün edilən müraciətlərin icrası üçün daim büdcə gəlirlərini artımaq niyyətindəyik. Bununla yanaşı qəsəbə sakinlərinin üzləşdiyi problemlərin həllində bələdiyyə olaraq bizdə öz töhfəmizi verməyə çalışırıq. Bələdiyyə son illərdə ilk dəfə olaraq çox ciddi bir layihənin icrasına start verib” – bu fikirləri Belediyye.infoya Xəzər rayonu, Türkan bələdiyyəsinin sədri Tehran Rəhmanov deyib.

Sədrin sözlərinə görə, güclü yağışlar səbəbindən qəsəbənin 6 saylı internat məktəbinə gedən yolda daim problemlər yaşanmaqda idi. Belə ki, məktəblilər dərsə, avtomobillər isə küçədən keçə bilmirdilər.

Belə ki, yağışlar nəticəsində ərazidə böyük göl yaranırdı. İllərdir bu problem sakinləri və xüsusəndə məktəbyaşlı uşaqları narahat etməkdə idi.

Xəzər RİH-in təşəbbüsü ilə Türkan bələdiyyəsi bununla bağlı böyük həcmli layihənin icrasına bələdiyyə iclasının qərarı ilə artıq  start verib.  Layihəyə əsasən ərazidə  yeraltında böyük həcmli su tutarı quraşdırılacaq, küçəyə yığılan sular su ötürücüləri vasitəsi ilə quyuya yığılacaq və quraşdırılacaq su nasosları vasitəsi ilə sular 600 metr kənara təhlükəsiz yerə ötürüləcəkdir. 

Sədr qeyd edib ki, layihənin artıq birinci mərhələsi başa çatıb. Belə ki, 600 metr uzunluğunda  100 mm diametrlik qalındivarlı  polipropilen borular alırnaraq artıq birləşdirilmiş və torpağa təhlükəsiz şəkildə  basdırılmışdır. Bu həftə artıq layihənin ikinci mərhələsinə start veriləcəkdir. Bununla yanaşı irihəcmli su nasosu da artıq bələdiyyə tərəfindən alınmışdır.

Sədr qeyd edib ki, layihəni payız aylarınadək başa çatdırmağı nəzərdə tuturuq.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər