Bələdiyyə sədri: “Məqsədimiz xalqa xidmət etməklə, həm də seçicilərə verdiyimiz sözü tutmaqdır”
“Qəsəbə ərazisində abadlıq-quruculuq işlərinə Suraxanı RİH tərəfindən həyata keçirilən layihələrə bizdə bələdiyyə olaraq öz dəstəyimizi göstəririk”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Nəsib İsmayılov deyib.
Sədrin
sözlərinə görə, vətəndaş müraciətlərini diqqətdə saxlamaqla yanaşı, həm də qəsəbənin
abadlıq- quruculuq işlərinə öz töhfəmizi veririk.
Bu
günlərdə qəsəbə ərazisindəki Bülbülə parkında bələdiyyə tərəfindən həyata
keçirilən abadlıq və yaşıllaşdırma işləri aparılaraq parkın ümumi görünüşü
yenilənib, əkilən güllər isə məkanın təravətini artırıb.
Sədr
qeyd edib ki, əldə olunan maliyyə vəsitinin 30 faizədək hissəsini bələdiyyə
iclasının qərarı ilə məhz ərazidə abadlıq işlərinə ayrılır. Cari ilin sonunadək
bələdiyyə tərəfindən daha bir neçə layihənin
icrasını nəzərdə tutulub.
Sədr qeyd edib ki, məqsədimiz xalqa xidmət etməklə, həm də seçicilərə verdiyimiz sözü tutmaqdır.
Belediyye.info
Rəylər
0 Rəy