Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-11-2025 , 21:08

1231

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Adıgözəlov:Məqsədimiz bir neçə ilə “milyonluq” büdcəyə çatmaqdır

“Bu gün əsas məqsədimiz büdcə gəlirlərinin ciddi şəkildə artımına nail olmaqdır”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov deyib.

Sədrin sözlərinə görə, son beş il ərzində Maştağa bələdiyyəsinin fəaliyyətində əvvəlki illərdən fərqli olaraq ciddi dönüş olduğu xüsusi olaraq vurğulanmalıdır. Belə ki, həm büdcə gəlirlərində, həm də qəsəbə ərazisində bələdiyyənin fəaliyyətini bütün hallarda qənaətbəxş hesab etmək olar. Lakin biz daha yaxşı çalışıb büdcə gəlirlərinin artımına nail olmaqla, həm də qəsəbədə Sabunçu RİH tərəfindən həyata keçirilən layihələrə əlavə olaraq irimiqyaslı layihələri  icra etməklə dəstəyimizi göstərmək niyyətindəyik.  

Bununla bağlı bələdiyyənin vergi xidmətinin qarşısına qoyulan əsas vəzifə vergi ödəyicilərlə ciddi şəkildə işləmək, onlarla mütəmadi görüşlərin keçirilməsinə nail olmaq, borclu vətəndaşlara diqqəti artırmaq, həmçinin vergi-uçot sistemini təkmilləşdirmək dayanır.

Bir tərəfdən BAMS-ın verdiyi imkandan yararlanmaq, digər tərəfdən vergi xidməti əməkdaşlarının vergi ödəyiciləri ilə mütəmadi olaraq görüşlərin keçirilməsi, üstəlik vergi yığımındakı şəffaflığın təmin edilməsi nəticə etibari ilə büdcə gəlirlərinin artımına səbəb olub.

Belə ki, ötən il ay ərzində bələdiyyə büdcəsinə 30-35 min manata yaxın vəsait daxil olurdusa, artıq bu rəqəm hazırda 40-45 min manat  aralığında dəyişir. Hətta cari ilin  oktyabr ayı ərzində ilk dəfə olaraq aylıq büdcə gəliri 60 min manata yaxınlaşmışdı.

Əlavə edim ki, bununla yanaşı BAMS-da tətbiq edilən yeniliklərdən Maştağa bələdiyyəsi yetərincə yararlanır. Xüsusilə qeyd edilməlidir ki, Adminstrasiyanın bələdiyyələrlə iş sektorunun təşkilatçılığı ilə BAMS-ın Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə qoşulması, o cümlədən BAMS-da tətbiq edilən yeniliklər, BAMS-proqramında SMS xidmətinin və E-belediyye.az portalının istifadəyə verilməsi büdcə gəlirlərinin artmasına ciddi şəkildə təsir göstərib.

Sədr qeyd edib ki, bələdiyyə ərazisində kifayət qədər sənədsiz əmlakın olması fəaliyyətimizə ciddi şəkildə maneə yaratsa da, biz çalışır və əhalinin hər bir müraciətini diqqətdə saxlayırıq. Bu gün fəaliyyətimizi də məhz vətəndaş müraciətlərinə əsasən qururuq. Həyata keçirdyimiz layihələrin böyük əksəriyyəti məhz bu müraciətlər əsasında yerinə yetirilib.

Məqsədimiz bir neçə ilə “milyonluq” büdcəyə çatmaqdır. Bunun üçün hər bir bələdiyyə üzvü və qulluqçusu öz töhfəsini verməyə hazırdır. Sözsüz ki, büdcə gəlirlərinin artımı , həm də vətəndaşlara göstərilən xidmət səviyyəsinin artması deməkdir.

Bələdiyyənin dayanıqlı maliyyə mənbəyinin yaranmasına toxunan sədr yaxın günlərdə bələdiyyə iclasında bu məsələnin müzakirə etmək niyyətində olduqlarını qeyd edib. Geniş profilli MMC yaratmaqla, həm digər qonşu bələdiyyələrlə xidmət göstərmək,  həm də büdcə gəlirlərimizi artırmaq niyyətindəyik. Bu məqam hələ ki niyyət olsa da, tezliklə bunu gerçəkləşdirməyi düşünürük.

Belediyye.info



Rəylər

1 Rəy

Ülvü Xammədov

26-11-2025, 1 həftə əvvəl

Salam. Məştağa qəsbəsinin sədri Anar Adıgözəlovdan və işçi kollektivindən çox razıyam.

Cavabla

Rəy yaz

Oxşar xəbərlər