Rizvan Rəhimov: “Əsas diqqəti həm də borclu vergi ödəyiciləri ilə maarifləndirici söhbətlərə yönəltmişik”
“Qəsəbə bələdiyyəsi olaraq borclu vergi ödəyiciləri barəsində tərtib edilmiş aktları hələki icra-probasiya orqanına göndərmirik. Düzdür, hazırda bu istiqamətdə proseslərin onlayn qaydada icra edilməsi üçün yüksək səviyyədə hazırlanmış sistem bələdiyyələrin istifadəsinə verilib. Lakin bizim məqsədimiz həm də vergi ödəyiciləri maarifləndirməkdir. Məhz davamlı şəkildə aparılan görüşlərin sayəsində hələki icra-probasiya müraicət etməyə ehtiyac qalmayıb”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu, Şüvəlan bələdiyyəsinin vergi xidmətinin rəhbəri Rizvan Rəhimov deyib.
Xidmət
rəhbəri deyib ki, sədr Telman Süleymanovun tövsiyəsi ilə əsas diqqəti vergi
yığımına və borclu vergi ödəyiciləri ilə maarifləndirici söhbətlərə yönəltmişik.
Vergi borcu 500 manatdan yuxarı olan borclularla ardcıl görüşlər keçirilir,
vergi müfəttişləri qanunvericliyin tələblərini bocrlu vətəndaşlara izah edilir
və nəticədə bəzən gec, bəzən də tez bələdiyyəyə olan vergi borcu ödənilir.
Sədrin
təklifi ilə hazrılanan strateji yol xəritəsinə uyğun aparılan danışıqlar sayəsində
son il yarım ərzində qəsəbə ərazisində 50 nəfərdən artıq yüksək borcu olan vətəndaşın
borcu ödənilib.
Rizvan Rəhimov deyib ki, məqsədimiz qarşımıza qoyduğumu hədəfə doğru addımlamaqdır.
Belediyye.info
Rəylər
0 Rəy