Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-09-2026 , 15:40

221

Son xəbərlər

Bütün xəbərlər

DSMF borcunu necə "baglayaq"?

Gündəlik Xəbərlər
14-09-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Rizvan Rəhimov: “Əsas diqqəti həm də borclu vergi ödəyiciləri ilə maarifləndirici söhbətlərə yönəltmişik

“Qəsəbə bələdiyyəsi olaraq borclu vergi ödəyiciləri barəsində tərtib edilmiş aktları hələki icra-probasiya orqanına göndərmirik. Düzdür, hazırda bu istiqamətdə proseslərin onlayn qaydada icra edilməsi üçün yüksək səviyyədə hazırlanmış  sistem bələdiyyələrin istifadəsinə verilib.  Lakin bizim məqsədimiz həm də vergi ödəyiciləri maarifləndirməkdir. Məhz davamlı şəkildə aparılan görüşlərin sayəsində hələki icra-probasiya müraicət etməyə ehtiyac qalmayıb”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu, Şüvəlan bələdiyyəsinin vergi xidmətinin rəhbəri Rizvan Rəhimov deyib.

Xidmət rəhbəri deyib ki, sədr Telman Süleymanovun tövsiyəsi ilə əsas diqqəti vergi yığımına və borclu vergi ödəyiciləri ilə maarifləndirici söhbətlərə yönəltmişik. Vergi borcu 500 manatdan yuxarı olan borclularla ardcıl görüşlər keçirilir, vergi müfəttişləri qanunvericliyin tələblərini bocrlu vətəndaşlara izah edilir və nəticədə bəzən gec, bəzən də tez bələdiyyəyə olan vergi borcu ödənilir.

Sədrin təklifi ilə hazrılanan strateji yol xəritəsinə uyğun aparılan danışıqlar sayəsində son il yarım ərzində qəsəbə ərazisində 50 nəfərdən artıq yüksək borcu olan vətəndaşın borcu ödənilib.

Rizvan Rəhimov deyib ki, məqsədimiz qarşımıza qoyduğumu hədəfə doğru addımlamaqdır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər