Təmraz Tağıyev: “Qərbi Azərbaycanlı ailələrinin məktəbyaşlı uşaqları ilə ənənəvi görüş keçirilib”
“Qərbi Azərbaycan İcmasının Nərimanov təşkilatının təşəbbüsü ilə rayon ərazisində məskunlaşan Qərbi Azərbaycanlı ailələrinin məktəbyaşlı uşaqları ilə görüş keçirilib”- bu fikirləri Belediyye.infoya İcmanın İdarə heyətinin üzvü və Nərimanov təşkilatının rəhbəri Təmraz Tağıyev deyib.
Təmraz
Tağıyevin sözlərinə görə, görüşdə iştirak
edən aztəminatlı ailələrdən olan 70 məktəbyaşlı uşağa məktəbli çantası və digər məktəb ləvazimatlarının
alınması üçün maddı yardım göstərilib.
Görüşdə
Təmraz Tağıyev Qərbi Azərbaycan
İcmasının fəaliyyət proqramı olan “Qayıdış Konsepsiyası”ndan irəli gələn vəzifələrin
ölkəmizin Qərbi Azərbaycana qayıdışı uğrunda ümumxalq mübarizəsinin tərkib hissəsi
kimi hesab etdiyini qeyd edib.
Təşkilat
rəhbəri qeyd edib ki, bu gün Prezident İlham Əliyevin dünyaya bəyan etdiyi “Qərbi
Azərbaycan bizim torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir,
tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir” fikirlərini hər kəs öz fəaliyyət proqramının əsas
prinsipi kimi qeyd etməlidir.
Sonda Təmraz Tağıyev uşaqlara icmanın Nərimanov təşkilatının fəaliyyəti barəsində məlumat verib və belə görüşlərin ənənəvi olaraq keçirildiyini qeyd edib.
Belediyye.info
Rəylər
0 Rəy