Əlfəddin Həsənov: “Sənədsiz əmlakın mövcudluğu həm büdcə gəlirlərinə, həm də layihələrin icrasına öz mənfi təsiri göstərməkdədir”
“Sabunçu bələdiyyəsi büdcə gəlirlərini sistemli şəkildə artırmağa çalışır və buna nail olur”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Əlfəddin Həsənov bələdiyyənin inzibati binasında keçirilən birinci yarımilliyin yekunlarına həsr olunan iclasda səsləndirib. Görüşdə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyin sədri Vüqar Tofiqli də iştirak edib.
Sədr
çıxışında daha sonra qeyd edib ki, cari ilin birinci yarısında əmlak vergisinin
həcmi 118.627 manat, torpaq vergisinin həcmi 23.956 manat, bələdiyyə mülkiyyətinin
icarəsindən 767 manat, digər istiqamətlərdən 1.276 manat bələdiyyə büdcəsində vəsait
daxil olub. Ümumilikdə bələdiyyə büdcəsinə yarlm il ərzində 144.626 manat daxil
olub. 2023- cü illə müqayisədə büdcə gəlirlərində 43 faizlik artım
müşahidə olunub. Ötən illə müqayisədə isə həm də 25 fazilik artım olub.
Sədr
qeyd edib ki, vergi xidməti BAMS proqramının verdiyi bütün imkanlardan lazımı səviyyədə
istifadə edir. Ancaq çalışmalıyıq ki, cari ildə dekabr ayında təsdiq etdiyimiz
büdcə gəlirlərin əldə edə bilək.
Vergi
xidməti əməkdaşlarının mütəmadi olaraq vergi ödəyiciləri arasında olmalarını,
onlara izahat işlərini aparmağı, qanunvericiliyin tələblərinin izah verilməsinin
instensivləşdirməyi tövsiyə edib.
Sədr
qeyd edib ki, bu bələdiyyənin üzləşdiyi bir sıra problemlər mövcuddur.
Ərazimizdə kifayət qədər sənədsiz əmlakın mövcudluğu, bəzi hallarda vergidən
yaynma hallarının mövcudluğu, o cümlədən inidyədək xəritənin bələdiyyəyə təqdim
edilməməsi, həm büdcə gəlirlərinə, həm də icra olunması nəzərdə tutulan layihələrin
icrasına öz mənfi təsiri göstərməkdədir. Bununla yanaşı vergi əmsallarının
son 25 il ərzində eyni səviyyədə saxlanılması da büdcə gəlirlərinin azlığına öz
təsirini göstərmiş olur.
Sədr
çıxışında həmçinin hər bir bələdiyyə qulluçusunun fəaliyyəti üçün inzibati
binada şəraiti yaradıldığını, inzibati binada sakinləri maraqlandıran
hər bir məlumatın və hesabatların paylaşılması təqdirəlayiq haldır.
Sədr
Əlfəddin Həsənov yarım il ərzində bələdiyyənin həyata keçirdyi layihələrə
toxunaraq qeyd edib ki, Əmir Bağırov küçəsində 720 kv.m əraziyə və Şəhər
şossesi küçəsində 360 kv.m əraziyə asfalt salınması həyata keçiirlmişdir.
Bununla yanaşı yol boyu mühafizə divarlarının 660 metrlik hissəsinin əsaslı şəkildə
təmiri də həyata keçirlmişdir. Ə.Əliyev küçəsində iki yerdə zibil
tullantılatının daşınması üçün meydança istifadəyə verilmişdir. Elşən Mehdiyev
küçəsində qəbrstanlıq ətrafında uçmuş divarın 460 metlik hissəsini yenidən bərpa
edilmiş, Şəhər şossesi küçəsinin 270 metlik hissəsinə çınqıl tökülərək
yayılmışdır.
Son
aylarda yağan güclü yağışlar nəticəsində subasmaya məruz qalmış bir sıra küçələrdə
evlərin sel sularından təmizlənməsinə dəstək verilmiş,bir ədəd 150 mm-lik su
nasosu alınmışdır.
Sədr
Əlfəddin Həsənov çıxışının sonunda bələdiyyənin fəaliyyətində hər zaman Sabunçu
RİH dəstəyini hiss etdiklərini də dilə gətirib. Odur ki, rayonda aparılan
abadlıq quruculuq işlərinə bələdiyyə olaraq öz töhfəmizi verməliyik.
Görüşdə
bələdiyyənin büdcə gəlirlərinin artırılması üçün təklif və tövsiyələr səsləndirildi.
“Bələdiyyələrin
fəaliyyətinin təbliği” İctimai birliyin sədri Vüqar Tofiqli bələdiyyənin
yarımillik fəaliyyətinin qənaətbəxş hesab edərək, bələdiyyənin fəaliyyətinin təbliğinin
gücləndirilməsinə ehtiyac olduğunu vurğulayıb. Sosial media platformalarının
verdiyi imkanlardan lazımı və sistemli şəkildə istifadəsi nəticədə vergi ödəyicilərinin
bələdiyyənin fəaliyyəti haqqında daha geniş məlumat əldə etməsinə və nəticədə
vergi ödənişlərinin icrasına təkan vemiş olacaqdır.
Görüşdə
iştirak edən üzv və qulluqçular bələdiyyənin yarımillik fəaliyyətini qənətbəxş
hesab ediblər. Bununla yanaşı çıxışlarda bələdiyyənin uğurları ilə yanaşı üzşləşdiyi
çətinliklərin aradan qaldırılması üçün təkliflər də səsləndirilib.
Sonda
görüş iştirakçılarını maraqlandırılan suallar cavablandırılıb.
Belediyye.info
Rəylər
0 Rəy