Telman Süleymanov: “Bələdiyyənin vergi xidmətinin sistemli və səmərəli fəaliyyətinin nəticəsində bələdiyyə qarşıya qoyduğu hədəfə çatacağına inanır”
“Cari ildə bələdiyyənin büdcə gəlirlərində əsas hədəfimiz 300 min manatı əldə etməkdir”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu, Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov deyib.
Sədrin sözlərinə görə, cari ilin altı ayındakı fəaliyyətin təhlili ondan xəbər verir ki, qarşımıza qoyduğumuz hədəfə çata biləcəyik.
Son üç
ilin müqayisəli təhlikinə görə, cari ilin birinci yarısında büdcə gəlirlərin
110 faizdən artıq artım müşahidə edilib. Belə ki, bu illər ərzində əmlak
vergisinin həcmində 91 faiz, torpaq vergisinin həcmində isə 238 faiz artım olub.
Sədr qeyd
edib ki, 2026-cı ilin birinci yarısında əldə olunan 126.883 manatın 99.421 manatı əmlak vergisindən, 27.462 manat isə torpaq vergisindən əldə
edilib.
2025-ci ilin
birinci yarısında büdcəyə daxil olan 68.803 manatın 60.320 manatı əmlak vergisindən, 8.483 manatı isə torpaq vergisindən əldə
edilib.
2024 cü ilin
birinci yarısında büdcəyə daxil olan 60.122 manatın 51.995 manatı əmlak vergisindən, 8.126 manatı isə torpaq vergisindən əldə
edilib.
Göründüyü
kimi, büdcə əsas maliyyə istiqamətləridnə ciddi artımlar müşahidə olunub. Bələdiyyənin
vergi xidmətinin sistemli və səmərəli fəaliyyətinin
nəticəsində bələdiyyə qarşıya qoyduğu hədəfə çatacağına inanır. Bu gün vergi
xidməti mütəmadi olaraq vətəndaşlarla görüşlər keçirir, izahat işləri aparır,
üstəlik BAMS-da olan məlumat boşluğunu aradan qaldırır. Nəzərə alaq ki, növbəti
ildən bələdiyyələr vətəndaşlara bildirişləri onlayn şəkildə göndərəcəkdir. Odur
bələdiyyənin vergi xidməti indidən bu prosesə ciddi şəkildə hazırlaşır.
Belediyye.info
Rəylər
0 Rəy