Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-07-2026 , 20:57

113

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Telman Süleymanov: “Bələdiyyənin vergi xidmətinin sistemli və səmərəli fəaliyyətinin nəticəsində bələdiyyə qarşıya qoyduğu hədəfə çatacağına inanır”

“Cari ildə bələdiyyənin büdcə gəlirlərində əsas hədəfimiz 300 min manatı əldə etməkdir”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu, Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov deyib.

Sədrin sözlərinə görə, cari ilin altı ayındakı fəaliyyətin təhlili ondan xəbər verir ki, qarşımıza qoyduğumuz hədəfə çata biləcəyik.

Son üç ilin müqayisəli təhlikinə görə, cari ilin birinci yarısında büdcə gəlirlərin 110 faizdən artıq artım müşahidə edilib. Belə ki, bu illər ərzində əmlak vergisinin həcmində 91 faiz, torpaq vergisinin həcmində isə 238 faiz artım olub.

Sədr qeyd edib ki, 2026-cı ilin birinci yarısında əldə olunan 126.883 manatın  99.421 manatı əmlak vergisindən,  27.462 manat isə torpaq vergisindən əldə edilib.

2025-ci ilin birinci yarısında büdcəyə daxil olan 68.803 manatın  60.320 manatı əmlak vergisindən,  8.483 manatı isə torpaq vergisindən əldə edilib.

2024 cü ilin birinci yarısında büdcəyə daxil olan 60.122 manatın  51.995 manatı əmlak vergisindən,  8.126 manatı isə torpaq vergisindən əldə edilib.

Göründüyü kimi, büdcə əsas maliyyə istiqamətləridnə ciddi artımlar müşahidə olunub. Bələdiyyənin vergi xidmətinin sistemli və səmərəli  fəaliyyətinin nəticəsində bələdiyyə qarşıya qoyduğu hədəfə çatacağına inanır. Bu gün vergi xidməti mütəmadi olaraq vətəndaşlarla görüşlər keçirir, izahat işləri aparır, üstəlik BAMS-da olan məlumat boşluğunu aradan qaldırır. Nəzərə alaq ki, növbəti ildən bələdiyyələr vətəndaşlara bildirişləri onlayn şəkildə göndərəcəkdir. Odur bələdiyyənin vergi xidməti indidən bu prosesə ciddi şəkildə hazırlaşır.  

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Əziz Zeynalova ağır itki üz verib

Bakı
22-06-2026
1148