Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-06-2026 , 20:18

146

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Uşaqlar üçün əyləncəli tədbir Biləcəri bələdiyyəsi tərəfindən təşkil olunub

Binəqədi rayonu Biləcəri bələdiyyəsi tərəfindən “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Heydər Əliyev adına İdman Sarayı-Konsert Kompleksi”ndə uşaqlar üçün əyləncəli tədbir təşkil edilmişdir.                                                                                                                        Tədbirdə, şəhid, qazi və aztəminatlı ailələrdən, eyni zamanda qəsəbə ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərindən təhsil alan şagirdlər olmaqla ümumilikdə 40 nəfərin iştirakı təmin  edilmişdir.

Uşaqlar buz meydançasında maraqlı vaxt keçirmiş,  könüllü buzüstü sürüşçülərin müşayiəti ilə öz bacarıqlarını sınamışdırlar. Bundan əlavə, tədbir çərçivəsində uşaqlar İdman Sarayı-Konsert Kompleksində mövcud olan digər oyun növlərindən də istifadə etmişlər. 

Yekunda, Biləcəri bələdiyyəsinin sədri Fərid Cəfərov tədbirin ərsəyə gəlməsində əməyi keçən əməkdaşlara təşəkkürünü ifadə edərək, uşaqları bir daha  bayram münasibəti ilə təbrik etmiş və onlara xoş arzularını çatdırmışdır.

Biləcəri bələdiyyəsi



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər