Mingəçevir bələdiyyəsi yeni layihənin icrasına başlayıb
Mingəçevir bələdiyyəsi şəhərin H.Əliyev
prospektində, bələdiyyənin inzibati binasının yaxınlığında yerləşən xiyabanda
yenidənqurma, bərpa və abadlıq işlərinə başlayıb. Bu barədə Mingəçevir bələdiyyəsinin
"Sosial və iqtisadi inkişaf" şöbəsinin müdiri Zahid Qasımlı geniş məlumat
verib. Bildirib ki, xiyabanda yeni yaşıllıq, güllük zolaqları salınacaq.Yolun hər
iki tərəfində ot örtüyü olacaq, uşaq və böyüklərin istirahəti üçün əyləncə güşələri
yaradılacaq. Bundan əlavə, xiyabanda süni ot örtüyü ilə örtülən xüsusi heykəllər
qoyulacaq. Bu da parka əlavə gözəllik verəcək. Əvvəlkindən fərqli olaraq müxtəlif
heyvan fiqurlar heykəl şəkilində yerləşdiriləcək. Parkın kənarları müxtəlif bəzəkli
gül kolları, dekorativ ağaclarla örtüləcək. Bir sözlə, yeni qurulmuş xiyaban
mingəçevirlilərə qarşıdan gələn şəhərimizin ad günündə hədiyyə olacaq
Rəylər
0 Rəy