Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-01-2024 , 00:00

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bizə səs vermiş seçicilərimizin etimadını doğrultmağa çalışırıq


(Quba rayon Tüləkəran bələdiyyəsinin 2023-cü il üzrə HESABATI)

2023 cü il ərzində Tüləkəran bələdiyyəsinin 22 iclası keçirilmişdir. Daimi Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər çıxarılmış, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər hazırlanmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq, nəzarət qaydasında baxılması üçün, Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinə göndərilmişdir.

Bələdiyyənin fəaliyyəti üçün çox önəmli olan məsələlərlə bağlı bələdiyyələrə İş Mərkəzi tərəfindən tövsiyələr hazırlanıb göndərilmişdir. Bələdiyyələrin fəaliyyətində mühüm yer tutan yerli vergilərin toplanmasına köməklik məqsədilə, Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşları tərəfindən seminar- müşavirə keçirilmişdir.

Ötən dövr ərzində bələdiyyəyə vətəndaşlardan müxtəlif məsələlərə dair 176 məktub və ərizə daxil olmuşdur. Müxtəlif məsələlərlə bağlı rəhbərlik tərəfindən 187 vətəndaş qəbul edilmişdir. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir.

Qeyd edək ki, yenə də Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələri, metodiki köməklikləri, bələdiyyədə keçirilən seminarların nəticəsi olaraq, 2023-cü il ərzində isə büdcə gəlirləri 37.317.62 manat təşkil etmişdir.            (2022-ci ildən Qalıq 22.60 manat)

O cümlədən:

-        fiziki şəxslərdən torpaq vergisi – 8.159.84 manat;

-        fiziki şəxslərdən əmlak vergisi – 13.144.89 manat;

-        torpaq icarə haqqı- 1.589.50 manat;

-        Dövlət büdcəsindən ayrılan Dotasiya- 3200 manat;

-        İanə – 4.800.00 manat.

-        Digər gəlir – 6423.39 manat.

2023-cü il ərzində xərclər isə - 37188.62 manat təşkil etmişdir.

O cümlədən:

· Bələdiyyə işçilərinin əmək haqqısının ödənilməsinə - 17995.73 manat;

· Bələdiyyə işçilərinin əmək haqqlarından DSMF-yə ayırmalara- 8467.73manat;

· Möhüc kəndində görülmüş yol təmirinin dəyərinin bir hissəsinin ödənilməsinə - 800.00

· Yenikənd kəndində 2022-ci ildə su xəttinin çəkilməsindən qalmış borc ödənəşi 7993.00

· Bank, poçt xərcləri və  3 faiz xidmət haqqına 1131.86

Məluimat üçün qeyd edirik ki, 2023-cü il rzində bələdiyyə xərclərinin 21460.33 manatlıq hissəsi əvvəlki dövrlərdən qalmış borclara - DSMF və digər ödənişlərə görə olmuşdur. Bu borc ödənişləri bələdiyyənin ümuni xərclərin 57.51  faiz hissəsini əhatə edir

· “Quba rayon Yenikənd kəndində 400 metr P 50 diametrli boru ilə ana xətt yenisi ilə əvəz olunmuşdur.

· “Quba rayon Yenikənd kəndində sakinlərin içməli sudan istifadə edə bilmələri üçün 12 əlavə yeni bulaq qoyulmuşdur

· Quba rayonu Aşağı Tüləkəran kəndində torpaqlarımızın ərazi bütövlüyü üğruna canlarından keçmiş şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsi məqsədi abidə kompleksinin hörgü və beton işləri tamamlilə yekunlaşdırılmışdır.

· Quba rayonunun Aşağı Tüləkəran , Yuxarı Tüləkəran, Gültəpə, Yenikənd və Möhüc kənd məktəblərinin 1-ci sinifində təhsil alan 50 nəfər şagirdin hər birinə bir il ərzində istifadə edəcəkləri məktəb ləvazimantları və məktəbli çantaları alınaraq təqdim olunmuşdur.

· Bələdiyyə ərazisində komunal təsərrüfat işlərinin görülməsi, abadlıq xidmətlərinin göstərilməsi və su təsərrüfatının yaradılması məqsədi ilə Azərbaycan Respublikası Təmiz Kənd Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması barədə qərar qəbul edilmiş, və müəssisə dövlət qeydiyyatına alınması məqsədi ilə müvafiq sənədlər 3 saylı Ərazi Vergilər İdarəsinə təqdim 

· Quba rayon Əfqan İdrisov adına Möhüc kənd tam orta məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü vəYeni

İl” münasibətilə ibtidai siniflərdə təhsil alan şagirdlər üçün məktəb rəhbərliyi ilə birlikdə bayram şənliyi keçirilmiş və şagirdlərə bayram hədiyyələri bağışlanmışdır.

· Ərazidə yaşayan vətəndaşların məşqulluq problemlərinin aradan qaldırılmasına da böyük diqqət ayrılmışdır. Bu məqsəd ilə 2024-cü ilin hesabat dövrü ərzində iki nəfər bələdiyyə qulluğuna müddətsiz əmək müqaviləsi ilə, iki nəfər müddətli əmək müqaviləsi ilə işə qəbul olunmuşdur. 8 nəfər rayon ərazisindəki turizm müəssisələrində, 3 nəfər rayon ərazisindəki mebel istehsalı müəssilərində, 6 nəfər isə Bakı şəhərində işlə təmin olunmalarına müvafiq köməkliklər göstərilərək ümumilikdə 21 nəfər vətəndaşın məşqulluq problemi həll olunmuşdur.

· Bələdiyyə mülkiyyətinin idarə olunması, qanunsuz zəbt olunmuş bələdiyyə torpaqların bələdiyyənin qanuni mülkiyyətinə qaytarılması istiqamətində də mühüm addımlar atılmışdır. Belə ki Quba rayonu Möhüc kəndində 0.34 ha prespektiv inkişaf təyinatlı, 1.50 ha örüş təyinatlı torpaq sahəsinin, bələdiyyə mülkiyyətinə qaytarılması üçün Quba Rayon Məhkəməsinə müraciətlər olunaraq həmin torpaq sahələri bələdiyyə mülkiyyətinə qaytarılmışdır. Quba rayonu Gültəpə kəndində 0.08 ha, Quba rayonu Tülər kəndində isə 0.83 ha prespektiv inkişaf təyinatlı torpaq sahəsinin bələdiyyənin qanuni mülkiyyətinə qaytarılması təmin olunmuşdur. Bələdiyyə mülkiyyətində məxsus olan, lakin qanunsuz olaraq zəbt olunmuş torpaq sahələrinin müəyyən olunaraq barələrində qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində müvafiq işlər davam etdirilir.

· Bələdiyyə ərazisində yaşayan vətəndaşların yerli vergilərə və ödənişlərə cəlb olunması məqsədi ilə Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemində daima yenilənmələr aparılır. Vətəndaşların mülkiyyətindəolan torpaq sahələrinin aşkar olunması, onlara məxsus əmlakların müəyyən olunaraq Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminə inteqrasıyasın təmin olunması nəticəsində vergi obyetlərinin sayı 810 nəfərə çatdırılaraq həmin ödəyicilərə tədiyyə bildirişləri paylanılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü ili “Yaşıl Dünya Naminə Həmrəylik” ili elan etməsi ilə əlaqədar olaraq müsabiqələr, görüşlər və bir sıra mədəni tədbirlər həyata keçirməyi planlaşdırmışıq.

Bizə səs vermiş seçicilərimizin etimadını doğrultmaq üçün gördüyümüz və görəcəyimiz işlərlə hər zaman çalışacağıq. Kəndlərimizin abadlığına, gözəlliyinə, təmizliyinə, yaşıllığına bundan sonra da diqqəti daha da artıracağıq.

Yerli əhəmiyyətli poblemlərin həllində daha da fəallıq göstərəcəyik, ictimai-mədəni, sosial tədbirlərin həyata keçirilməsini uğurla davam etdirəcəyik.

Bundan sonrakı fəaliyyətimizdə də hər zaman olduğu kimi, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncam və Fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinə çalışacağıq və Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələrini, iradlarını hər zaman işdə rəhbər tutacağıq. 

Rauf Hüseynov.

Quba rayon Tüləkəran bələdiyəsinin sədri                                        


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər