Abşeron rayonu Məhəmmədli bələdiyyəsinin sədri Ceyhun Ələsgərovun sözlərinə görə, qarşıdakı ildə bələdiyyənin əsas fəaliyyət istiqamətlərindən biri yaşayış məntəqəsində məhəllədaxili yolların təmiri və abadlaşdırılması olacaq.
Ceyhun Ələsgərov bildirib
ki, növbəti il üçün bələdiyyənin büdcə gəlirləri 250 min manat həcmində
proqnozlaşdırılır. Büdcə vəsaitlərinin səmərəli və məqsədyönlü şəkildə istifadə
olunması, xüsusilə sakinlərin gündəlik həyatına birbaşa təsir edən
infrastruktur problemlərinin həlli əsas prioritetlərdəndir.
Bələdiyyə sədri qeyd edib
ki, son illərdə büdcə gəlirlərində müsbət dinamika müşahidə olunur. Belə ki,
2025-ci ilin ilk 10 ayı ərzində bələdiyyənin gəlirləri 85 707 manat təşkil
etdiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 135 112 manata yüksəlib.
Bu isə ötən ilin müvafiq
dövrü ilə müqayisədə 49 405 manat və ya təxminən 57,6 faiz artım deməkdir.
Ceyhun Ələsgərov vurğulayıb
ki, büdcə gəlirlərinin artması bələdiyyənin yerli əhəmiyyətli məsələlərin həlli
istiqamətində imkanlarını genişləndirir. Qarşıdakı dövrdə əldə olunan maliyyə
resurslarının düzgün bölüşdürülməsi, ərazidə infrastrukturun yaxşılaşdırılması,
məhəllədaxili yolların təmiri və sakinlərin rahatlığının təmin edilməsi istiqamətində
müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Sonda bələdiyyə sədri bildirib ki, əsas məqsəd mövcud maliyyə imkanlarından səmərəli istifadə etməklə Məhəmmədli kəndində abadlıq və quruculuq işlərini mərhələli şəkildə genişləndirmək, sakinlərin müraciət və ehtiyaclarını diqqətdə saxlamaqdır.
Belediyye.info
Rəylər
0 Rəy