Firdövsi Calalov: “Bu gün Masazır bələdiyyəsinin əsas məqsədi…”
“Vətəndaş məmnunluğunun təmin edilməsi, sakinlərin müraciətlərinə operativ və diqqətli yanaşılması Masazır bələdiyyəsinin əsas fəaliyyət istiqamətlərindən biridir”- bu fikirləri Belediyye.infoya Abşeron rayonu, Masazır bələdiyyəsinin sədri Firdövsi Calalov deyib.
Sədr qeyd
edib ki, daim bələdiyyə tərəfindən sakinlərin
hər bir müraciəti və təklifləri dinlənilir, qaldırılan məsələlərin həlli
üçün aidiyyəti istiqamətlər üzrə tədbirlər görülür.
Bələdiyyə
iclaslarında daim vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsi, onların
problem və ehtiyaclarının öyrənilməsi müzakirə edilir və icrası barədə qərarlar qəbul edilir. Bu
addımın atılması hər bir bələdiyyə fəaliyyətində
xüsusi əhəmiyyət daşımalıdır.
Sədr
bildirib ki, Masazır sakinlərinin rahatlığının və yaşayış şəraitinin
yaxşılaşdırılması məqsədilə abadlıq, əraziyə xidmət, sosial məsələlər və digər
yerli əhəmiyyətli istiqamətlər üzrə işlərin davamlı şəkildə həyata keçirilməkdədir.
Bu gün
Masazır bələdiyyəsinin əsas məqsədi sakinlərlə qarşılıqlı etimad və əməkdaşlıq
şəraitində fəaliyyət göstərmək, vətəndaş müraciətlərinə həssas yanaşmaq və
görülən işlərin nəticəsini cəmiyyətə açıq şəkildə təqdim etməkdir.
Firdövsi
Calalov deyib ki, bu gün 2025-ci ilin yanvarında keçirilən bələdiyyə seçkilərində
formalaşan Masazır bələdiyyəsini əvvəlki illərdə fəaliyyətdə olan bələdiyyədən
fərqli məqam bu günkü kollektivin sakinlərin
səsini açıq və şəffaf şəkildə dinləyən, müraciətlərə diqqətlə yanaşan və vətəndaş
məmnunluğunu fəaliyyətinin əsas prinsiplərindən biri kimi qəbul edən yerli
özünüidarəetmə qurumudur. Odur ki, bütün fəaliyyətimizlə bizə göstərilən
etimadı doğrultmağa çalışırıq.
Belediyye.info
Rəylər
0 Rəy