Allahverdi Xudaverdiyev: “Mehmanxana ödənişlərinin həcmini 12 dəfəyədək artıra bilmişik”
“Cari ilin birinci yarısında Quba bələdiyyəsinin büdcə gəlirləri 120.021 manatı keçib. 2025-ci ilin birinci yarısı ilə müqayisədə 20 faiz artıq deməkdir” -bu fikirləri Belediyye.infoya Quba bələdiyyəsinin sədri Allahverdi Xudaverdiyev deyib.
Sədrin
sözlərinə görə, 2025-ci illn birinci yarısında əldə olunan 100.462 manatın 60.453 manatı əmlak vergisindən,
14.414 manatı torpaq vergisindən, 196 manatı mehmanxana, tuizm,
kurort-sanatoriya xidmətlərindən, 981 manatı bələdiyyələr tərəfindən xüsusi
ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər
xidmətlərə görə ödənişlərdən, 23.070
manat bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 1.348 manatı isə bələdiyyə
mülkiyyətinin icarəsindən daxil olub.
Cari ilin
birinci yarısındakı büdcə gəlirlərinə toxunan sədr qeyd edib ki, 2026-cı ilin
birinci yarısında əldə olunan 120.021 manatın 75.976 manatı əmlak vergisindən,
19.444 manatı torpaq vergisindən, 2.365 nanat
mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən, 8.982 manatı bələdiyyələr
tərəfindən xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət,
ictmai iaşə və digər xidmətlərə görə ödənişlərdən, 9.740 manatı bələdiyyə
mülkiyyətinin özgəninkiləşdirilməsindən, 3.222 manatı isə bələdiyyə mülkiyyətinin
icarəsindən daxil olub.
Göründüyü
kimi, bütün maliyyə istiqamətlərindən ciddi irəliləyişə nail olunub. Ancaq ən
çox irəliləyiş mehmanxana ödənişlərində əldə olunub. Belə ki, altıaylıq müqayisə göstərir ki,
mehmanxana ödənişlərinin həcmi 12 dəfədən çox artıb.
Bu gün bələdiyyənin
vergi xidmətinin əsas məqsədi büdcə gəlirlərini
artırmaqla şəhər ərazisində vətəndaş məmnunluğunu təmin etməkdir.
Hədəfimiz
cari ildə daha yüksək maliyyə resursları əldə etməkdir. Bunun üçün kollektiv
çalışır və Bələdiyyələrin Vahid İnformasiya Sisteminin(BVİS) verdiyi bütün
imkanlardan yetərcincə istifadə etməyə çalışırıq.
Nəzərə
alaq ki, növbəti ildən vergi ödəyicilərinə bildirişlərin onlayn qaydada
paylanılması nəzərdə tutulub. Demək bələdiyyənin vergi xidmətinin üzərinə düşən
məsuliyyət yükü bir qədərdə artıb. Yəni vergi xidmətinin əməkdaşları bir tərəfdən
sakinlərlə görüşlər keçirərək izahat aparmalı, digər tərəfdən vergi ödəyicilərinin
əlaqə məlumatlarını dəqiqləşdirilməlidir.
Sədr qeyd
edib ki, kollektiv bu gün qarşılarına qoyduqları hədəfə doğru addım atmaq üçün var
gücü ilə çalışır.
Belediyye.info
Rəylər
0 Rəy