Anar İsmayılov: “Bu səbəbdən əmlak vergisinin həcmini 6 dəfəyədək artıra bilmişik”
“Son üç
ilin müqayisəsi göstərir ki, Mingəçevir bələdiyyəsinin büdcə gəlirlərində ciddi
artım müşahidə olunmuşdur”-bu fikirləri Belediyye.infoya Mingəçevir bələdiyyəsinin
sədri Anar İsmayılov deyib.
Sədrin
sözlərinə görə, 2024-cü ilin altı ayı ərzində əmlak vergisi 8.850 manat olmuş,
2025-ci ilin müvafiq dövründə 41% artaraq 15.066 manata çatmış, 2026-cı ildə isə
3,9 dəfə artaraq 59.241 manat toplanılmışdır. Torpaq vergisi 2024-cü ilin
birinci yarımilliyində 7.973 manat olmuş, 2025-ci ildə 30% azalaraq 5.584
manata enmiş, 2026-cı ildə isə 43,1% artaraq 9.839 manata çatmışdır. Bələdiyyə
mülkiyyətinin icarəsindən daxil olan ödənişlərin
həcmi 2024-cü ilin 6 ayında 70.769 manat
olmuş, 2025-ci ildə 7,97% artaraq 76.894 manat, 2026-cı ildə 11% artaraq 86.412
manata çatmışdır. Mehmanxana ödənişləri
2024-cü ilin birinci yarımillində 1.708 manat olmuş, 2025-ci ildə 10,8% artaraq
1.915 manat, 2026-cı ildə 12,2% artaraq 2.180 manat olmuşdur.
Sədr qeyd
edib ki, bələdiyyə büdcəsində müşahidə olunan artıma yerli vergi və ödənişlərin
vaxtında toplanması, vergi ödəyiciləri
ilə maarifləndirici görüşlərin
keçirilməsi, vergi-uçot sisteminin təkmilləşdirilməsi, sakinlərlə səyyari
görüşlərin vaxtaşırı keçirilməsi və. s məsələlər
səbəb olmuşdur.
Anar
İsmayılov qeyd edib ki, büdcə gəlirlərinin artması bələdiyyənin sosial layihələrinı
daha geniş miqyasda icra etməsinə imkan verir. Altı ay ərzində bələdiyyə şəhərin Natəvan küçəsində geniş abadlıq işləri həyata
keçirib. Bələdiyyəmizin balansında olan
üç qəbiristanlıqda budama, abadlıq, təmizlik işləri görülüb. Naxçıvan küçəsi 48
saylı binanın arxa hissəsindəki boş ərazidə müasir standarta cavab verən
mini-park salınır. Vaqif küçəsi, 12 saylı, M. Maqomayev prospektindəki 2, 4, 6, 8, 10, 12 saylı binaların
qarşısındakı xeyr-şər mağarları təmir olunub. İmkansız və imtiyazlı şəxslərə
maddi yardımlar edilib. Ötəm dövrdə həmçinin aztəminatlı ailələrə Qurban
payları verilib.
Sədr son olaraq qeyd edib ki, Mingəçevir bələdiyyəsi bundan sonra da büdcə gəlirlərinin artırılması, maliyyə şəffaflığının təmin edilməsi və şəhərin inkişafı üçün yerli sosial, ekoloji və iqtisadi-inkişaf layihələrin həyata keçirilməsini qarşıya məqsəd qoymuşdur.
Belediyye.info
Rəylər
0 Rəy